...

Belçikanın dövlət katibi: I Avropa Oyunlarının keçirilməsində Bakının təcrübəsindən yararlanmaq istəyirik

Baku 2015 : EUROGAMES Materials 30 Aprel 2015 14:25 (UTC +04:00)
Son iki il yarım ərzində Birinci Avropa Oyunları üçün lazımi infrastruktur yaratmaqla, Bakı qeyri-mümkün bir şeyə nail olub.
Belçikanın dövlət katibi: I Avropa Oyunlarının keçirilməsində Bakının təcrübəsindən yararlanmaq istəyirik

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir Ənvər Məmmədli/

Son iki il yarım ərzində I Birinci Avropa Oyunları üçün lazımi infrastruktur yaratmaqla Bakı qeyri-mümkün bir şeyə nail olub.

Bunu Trend-ə açıqlamasında Bakıdakı Azərbaycan-Belçika biznes forumuna qatılan Belçika Krallığının xarici ticarət məsələləri üzrə dövlət katibi Piter de Krem bildirib.

Onun sözlərinə görə, I Avropa Oyunları kimi tədbirin keçirilməsi Azərbaycana müsbət təsir göstərəcək.

"Əvvəla, bu, çox yaxşı bir idman çağırışıdır. İkincisi isə, bu tədbir Azərbaycana xeyli turist cəlb edəcək, ölkənizin Avropada populyarlığını daha da artıracaq", - deyə dövlət katibi bildirib.

Piter de Krem vurğulayıb ki, belə bir miqyasda olan tədbirin təşkilatçılığı böyük məsuliyyət tələb edir: "Bu çox ağır və məsuliyyətli vəzifədir. Lakin uğurlu olacağı halda - inanıram ki, belə də olacaq, Azərbaycanı istənilən miqyasda bir tədbir keçirməyə qadir ölkə kimi tanıyacaqlar. Mən Azərbaycan üçün bu cür tədbirlərin ancaq faydasını görürəm".

O, "Bakı-2015" I Avropa Oyunlarına Belçikada böyük marağın olduğunu əlavə edib.

"Mayln sonunda və ya iyunun əvvəlində bu tədbirlərin təşkilatçılıq işləri ilə tanış olmaq üçün Bakıya 120 nəfərdən ibarət nümayəndə heyəti gələcək. Biz Azərbaycanın bu sahədəki təcrübəsindən yararlanmaq istəyirik. İdmançılarımızın bu yarışlarda fəal iştirak edəcəyini və Belçikaya medallarla qayıdacağını gözləyirəm", - deyə belçikalı dövlət rəsmisi söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti