...

I Avropa Oyunları ilə əlaqədar nəqliyyatı idarə etmək üçün Bakıda bir sıra küçələr bağlı olacaq

Baku 2015 : EUROGAMES Materials 13 May 2015 12:38 (UTC +04:00)
I Avropa Oyunları ilə əlaqədar həm təhlükəsizliyi təmin etmək, həm də nəqliyyatı idarə etmək üçün Bakı şəhərində bir sıra küçələr bağlı olacaq.
I Avropa Oyunları ilə əlaqədar nəqliyyatı idarə etmək üçün Bakıda bir sıra küçələr bağlı olacaq

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir İlkin İzzət/

I Avropa Oyunları ilə əlaqədar təhlükəsizliyi təmin etmək, eyni zamanda, nəqliyyatı idarə etmək üçün Bakı şəhərində bir sıra yollar bağlı olacaq. Trend xəbər verir ki, bunu Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) baş direktoru Elnur Abdullayev deyib.

E.Abdullayevin sözlərinə görə, oyunlar zamanı tamaşaçıları və akkreditasiya olunmuş şəxsləri idman arenalarına aparacaq "ekspres" avtobusların marşrutları tərtib olunub. Hazırda Bakı şəhərində ümumən avtobus marşrutlarının optimallaşma işlərinin getdiyini deyən NİİM-in baş direktoru bildirib ki, I Avropa Oyunları ilə əlaqədar təhlükəsizliyi təmin etmək, eyni zamanda, nəqliyyatı idarə etmək üçün Bakı şəhərində bir sıra küçələr bağlı olacaq: "Həmin dövrdə daxili "ekspres" marşrutlara maneə törətməmək üçün müvəqqəti olaraq bəzi avtobusların hərəkət xəttində dəyişikliklər olacaq. Hazırda Mərkəzin avtobus dayanacaqlarında 664 ədəd informasiya terminalı var. Marşrut xətlərində dəyişiklik olduqda, bu barədə informasiya terminalları vasitəsilə vətəndaşlara məlumat veriləcək".

O, qeyd edib ki, NİİM hazırda I Avropa Oyunları zamanı nəqliyyat vasitələrinin hərəkətinin daha düzgün təşkili üçün lazımi avadanlıqların quraşdırılmasını davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti