...

Bolqarıstanı Avropa Oyunlarında 127 idmançı təmsil edəcək (FOTO)

Baku 2015 : EUROGAMES Materials 3 İyun 2015 20:45 (UTC +04:00)
Azərbaycanın Bolqarıstandakı səfiri Emil Kərimovla Bolqarıstan Olimpiya Komitəsinin prezidenti, hündürlüyə tullanma üzrə dünyada yeganə 7 qat dünya rekordçusu xanım Stefka Kostadinova arasında görüş keçirilib.
Bolqarıstanı Avropa Oyunlarında 127 idmançı təmsil edəcək (FOTO)

Azərbaycan, Bakı, 3 iyun /Trend/

Azərbaycanın Bolqarıstandakı səfiri Emil Kərimovla Bolqarıstan Olimpiya Komitəsinin prezidenti, hündürlüyə tullanma üzrə dünyada yeganə 7 qat dünya rekordçusu xanım Stefka Kostadinova arasında görüş keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, görüşdə xanım S.Kostadinova ölkərimiz arasında əlaqələri yüksək qiymətləndirdiyini, digər sahələrlə yanaşı, idman sahəsində də sıx əməkdaşlığın davam etdirilməsinin vacib olduğunu qeyd edib.

Daha sonra bu il Bakıda keçiricələk birinci Avropa Oyunlarına toxunan S.Kostadinova Oyunlara yüksək səviyyədə hazırlıq getdiyindən, idmançılar üçün hərtərəfli şərait yaradıldığından, yeni komplekslərin, arenaların tikintisindən xəbərdar olduğunu bildirib, bunun üçün ölkə rəhbərliyinə, xüsusilə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Avropa Oyunları Təşkilat Komitəsinin sədri, birinci xanım Mehriban Əliyevaya təşəkkürünü ifadə edib.

Bundan əlavə, məhz Bakının ilk Avropa Oyunlarına ev sahibliyi etməsindən, eyni zamanda, Avropa Oyunlarının 12 idman növü üzrə Rio-2016 Yay olimpiadasına təsnifat imkanları verəcəyindən məmnun olduğunu bildirib. Xanım prezident Bolqarıstanı bu yarışlarda 127 idmançının təmsil edəcəyi, ümumi heyətin isə 200 nəfər olacağı barədə məlumat verib, həmçinin bolqar idmançılara böyük ümidlər bəstələdiyini bildirib.

Səfir E.Kərimov, öz növbəsində, ölkələrimiz arasında tarixi əlaqələrdən bəhs edib, bu gün də həmin əlaqələrin uğurla davam etdiyini vurğulayıb. Bir çox sahələrdə - enerji, turizm, kənd təsərrüfatı sferalarında əlaqələrin uğurla inkişaf etdiyini, o cümlədən, idman sahəsində ikitərəfli əlaqələrin son dövrlər ərzində daha da dərinləşdirilməsi üçün geniş imkanların mövcud olduğunu bildirib.

Bundan əlavə, səfir Azərbaycanda idman sahəsində görülmüş işlərdən, ölkə rəhbərliyinin idmana xüsusi qayğısından, ölkəmizdə son dövrlər çoxsaylı idman yarışlarının, Avropa və dünya çempionatlarının yüksək səviyyədə keçirilməsindən, idmançılarımızın beynəlxalq yarışlarda əldə etdikləri nailiyyətlərdən bəhs edib.

E.Kərimov görüşə görə təşəkkürünü bildirib və Avropa Oyunlarında bolqar idmançılara uğurlar arzulayıb.

Görüşün sonunda səfir tərəfindən Bolqarıstan Olimpiya Komitəsinin prezidentinə bu il Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə əlaqədar Azərbaycan səfirliyinin təşəbbüsü ilə Bolqarıstanda hazırlanmış və Oyunlara həsr olunmuş müxtəlif suvenirlər və xatirə hədiyyələri təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti