...

Almaniyanın Yena şəhərində Avropa Oyunlarının təqdimatı keçirilib (FOTO)

Baku 2015 : EUROGAMES Materials 4 İyun 2015 14:28 (UTC +04:00)
Türingiya Azərbaycanlı Tələbələr Assosiasiyası Almaniyanın Yena şəhərində “Azərbaycan - Odlar Yurdu” adlı tanıtım aksiyası təşkil edib.
Almaniyanın Yena şəhərində Avropa Oyunlarının təqdimatı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir İlkin İzzət/

Türingiya Azərbaycanlı Tələbələr Assosiasiyası Almaniyanın Yena şəhərində "Azərbaycan - Odlar Yurdu" adlı tanıtım aksiyası təşkil edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Yena şəhərinin beynəlxalq mədəniyyət mərkəzində baş tutan tədbirdə 100-dən artıq yerli və xarici tələbə, eləcə də çox sayda şəhər sakini iştirak edib.

Assosiasiyanın fəalları tərəfindən hazırlanmış təqdimatda ölkəmizin tarixi, coğrafiyası, mədəniyyəti, Azərbaycanın qədim və zəngin musiqi irsi haqqında geniş məlumat verilib.

Təqdimatda iyunun 12-də Bakıda start götürəcək birinci Avropa Oyunlarına geniş yer ayrılıb. Tədbirdə Azərbaycanda Avropa Oyunlarına dair aparılan hazırlıq işlərini və indiki vəziyyəti əks etdirən videoçarx nümayiş etdirilib.

Türingiya Azərbaycanlı Tələbələr Assosiasiyasının təşəbbüsü ilə azərbaycanlı, alman və digər ölkələrdən olan bir qrup gənc tədbirə üzərində Bakı-2015 I Avropa Oyunlarının loqosu əks olunmuş köynəklərdə qatılıb.

Sonda tədbirə qatılanlar ölkəmizə həsr olunmuş stendlə tanış olub və Azərbaycan mətbəxinin ləziz təamlarından dadmaq imkanı əldə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti