...

I Avropa Oyunları iştirakçısı portuqaliyalı idmançı Azərbaycandadır (FOTO)

Baku 2015 : EUROGAMES Materials 6 İyun 2015 17:42 (UTC +04:00)
Bakı-2015 ilk Avropa Oyunları ilə əlaqədar Azərbaycana səfər edən portuqaliyalı Jorge Kristovao artıq ölkəmizdədir.
I Avropa Oyunları iştirakçısı portuqaliyalı idmançı  Azərbaycandadır (FOTO)

Azərbaycan, Bakı, 6 iyun /Trend/

Bakı-2015 ilk Avropa Oyunları ilə əlaqədar Azərbaycana səfər edən portuqaliyalı Jorge Kristovao artıq ölkəmizdədir. BEGOC-dan Trend-ə verilən məlumata görə, aprelin 10-da Lissabondan yola düşən velosipedçi bu gün Balakən rayonundakı "Mazimçay" sərhəd gömrük-keçid məntəqəsindən Azərbaycan ərazisinə daxil olub.

Qonağı Azərbaycan Velosiped İdmanı Federasiyasının təmsilçiləri, mətbuat nümayəndələri, milli geyimli gənclər və həvəskar velosipedçilər qarşılayıb. Qeyd edək ki, Jorge Kristovao səyahət zamanı ümumilikdə 6600 km məsafə qət etməlidir. O Azərbaycanda Balakən - Zaqatala - Qax - Şəki - Oğuz - Qəbələ - İsmayıllı - Şamaxı - Qobustan - Bakı marşrutu ilə hərəkət edəcək. Portuqaliyalı velosipedçi Bakıya iyunun 10-da gələcək və Avropa Oyunlarında iştirak edəcək Portuqaliya nümayəndə heyətinə özü ilə gətirdiyi ölkəsinin bayrağını təqdim edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti