...

Latviyanın "Focus" nəşri: Azərbaycan dünyanın sülh və əməkdaşlıq prinsiplərinin dirçəlməsi tarixində yeni səhifədir

Baku 2015 : EUROGAMES Materials 8 İyun 2015 16:18 (UTC +04:00)
Latviyanın "Focus" nəşri I Avropa Oyunları ərəfəsində qısa müddətdə müxtəlif sahələrdə böyük uğurlar qazanmış Azərbaycan haqqında məqalə dərc edib.
Latviyanın "Focus" nəşri: Azərbaycan dünyanın sülh və əməkdaşlıq prinsiplərinin dirçəlməsi tarixində yeni səhifədir

Azərbaycan, Bakı, 8 iyun /Trend/

Latviyanın "Focus" nəşri I Avropa Oyunları ərəfəsində qısa müddətdə müxtəlif sahələrdə böyük uğurlar qazanmış Azərbaycan haqqında məqalə dərc edib.

Trend-in məlumatına görə, nəşr yazır ki, müasir Azərbaycan mif və nağılları reallığa çevirən bütün yeni qlobal ideya və təşəbbüslərin mənbəyidir: "Azərbaycan dünya və Avropanın sülh və əməkdaşlıq prinsiplərinin dirçəlməsi tarixində yeni səhifədir. 25 ilə yaxındır ki, müstəqillik qazanmış Azərbaycan üçün bu qədər tərif kənardan çox görünə bilər. Lakin Azərbaycan ilk baxışdan sevilən ölkədir".

"Focus" qeyd edir ki, potensial vassal olan və ya artıq belə olmuş qonşularından fərqli olaraq müasir Azərbaycan belə münasibəti qəbul etmir və bütün ölkələrlə bərabər səviyyədə danışır: "Daimi əmək və Avropanın inkişaf yoluna tam sadiqlik nəticəsində Azərbaycan hazırda özünün möhkəm, sabit, demokratik ictimai-siyasi vəziyyəti ilə öyünə bilər. Azərbaycan iqtisadiyyatı ən inkişaf etmiş, qazanclı və cəlbedici iqtisadiyyatlardan biri hesab edilir".

Nəşrdə deyilir: "Hazırda Azərbaycan Avropanın ən əsas enerji tərəfdaşlarından biridir və bu qitəni neftlə təmin edir. Ümumi iqtisadi artımda son illər qeyri-neft sektoru ön plana çıxır. Müxtəlif sahələrdə ardıcıl artım tendensiyası nəticəsində son 8 ildə 1 milyondan çox iş yeri açılıb, onlardan çoxu qeyri-neft sektorunun payına düşür".

"Focus" yazır ki, Azərbaycan hələ qədim dövrlərdən Böyük İpək yolu marşrutundə ən vacib dayanacaq kimi məşhurlaşıb.

Nəşrdə qeyd edilir ki, informasiya texnologiyalarının inkişafı Azərbaycan iqtisadiyyatının əsas prioritetlərindən biridir: "2010-cu ildən başlayaraq ölkədə müasir texnologiyaların tətbiqi genişləndirilib, informasiya cəmiyyətinin inkişafı, internetin liberallaşdırılması davam edir, mobil telefon və kompüter istifadəçilərinin sayı artıb, qanunvericilk bazası təkmilləşdirilib və s. Bütün bu nailiyyətlər Azərbaycanın bütün sahələrdə, o cümlədən idmanda beynəlxalq mövqeyini möhkəmləndirib.

İyunun 12-də Bakıda I Avropa Oyunlarının təntənəli açılış mərasimi olacaq. Nəşr vurğulayır ki, Azərbaycan bununla da dünya idman tarixində yeni səhifə yazan ölkəyə çevrildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti