...

AGF-nin I vitse-prezidenti: "İnanıram ki, onlar ümidlərimizi doğruldacaqlar" (FOTO)

Baku 2015 : EUROGAMES Materials 8 İyun 2015 16:37 (UTC +04:00)
Bu gün Olimpiya Güləş Mərkəzində Azərbaycan Güləş Fedrasiyasının 1-ci vitse-prezidenti, Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev tərəfindən ilk Avropa Oyunlarında iştirak edəcək güləş üzrə yığma komandalarımızın heyəti açıqlanıb.
AGF-nin I vitse-prezidenti: "İnanıram ki, onlar ümidlərimizi doğruldacaqlar" (FOTO)

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir İlkin İzzət/

Bu gün Olimpiya Güləş Mərkəzində Azərbaycan Güləş Fedrasiyasının 1-ci vitse-prezidenti, Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev tərəfindən ilk Avropa Oyunlarında iştirak edəcək güləş üzrə yığma komandalarımızın heyəti açıqlanıb.

Trend xəbər verir ki, heyət açıqlandıqdan sonra media nümayəndələrinin suallarını cavablandıran AGF rəsmisi bəzi məqamlara da aydınlıq gətirib: "Gördüyünüz kimi, heyəti bir qədər gec elan etdik. Məsələ burasındadır ki, seçim edərkən, bir sıra məqamlara diqqət yetirdik. İlk növbədə Avropa Oyunlarında hazırda ən yaxşı formada olan idmançılara üstünlük verdik. Qarşıda bizi Las-Veqasda keçiriləcək dünya çempionatı da gözləyir. Həmin yarışlar Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarına lisenziya xarakterli olacaq. Seçimi elə etmişik ki, həm Avropa Oyunlarında, həm də dünya çempionatında optimal heyətlə mübarizə aparaq. Azərbaycanda keçiriləcək birinci Avropa Oyunları tarixi bir hadisədir və bizim üçün bu ilin ən önəmli yarışıdır. Amma dünya çempionatını da unutmamalıyıq.

Qarşımıza qoyduğumuz hədəflərə gəlincə, yalnız bir məqsədimiz var - qızıl medallar. Güləş üzrə Azərbaycan millisi Avropanın ən güclülərindəndir. Buna görə də onların qarşısına ən yüksək hədəflər qoyulub. İnanıram ki, onlar ümidlərimizi doğruldacaqlar və xalqımızı qələbələrlə sevindirəcəklər".

Qeyd edək ki, Bakı-2015-in proqramına hər 3 güləş növü üzrə yarışlar daxil edilib. Heydər Əliyev adına İdman Sarayında baş tutacaq yarışlar 13-18 iyun tarixlərində keçiriləcək və ümumilikdə 24 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti