...

Ermənidən etiraf: İlk Avropa Oyunlarının boykot çağırışlarının arxasında Amerikadakı erməni təşkilatı durur

Baku 2015 : EUROGAMES Materials 10 İyun 2015 10:08 (UTC +04:00)
Bakıda keçirilən Avropa Oyunlarının boykot edilməsi çağırışlarının arxasında Amerikada fəaliyyət göstərən erməni təşkilatı durur.
Ermənidən etiraf: İlk Avropa Oyunlarının boykot çağırışlarının arxasında Amerikadakı erməni təşkilatı durur

Azərbaycan, Bakı, 10 iyun /Trend, Aygün Bədəlova/

Bakıda keçiriləcək ilk Avropa Oyunlarının boykot edilməsi çağırışlarının arxasında Amerikada fəaliyyət göstərən erməni təşkilatı durur. Trend-in məlumatına görə, bunu Amerika Erməni Milli Komitəsinin icraçı direktoru Aram Hamparyan özünün "twitter" hesabında yazıb.

A.Hamparyan Azərbaycan mediasının və sosial medianın Avropa Oyunları əhvalında olduğunu yazır. Bununla yanaşı, A.Hamparyan Oyunları boykota çağırır.

Qeyd edək ki, ANCA Amerikada fəaliyyət göstərən ən böyük və ən radikal erməni təşkilatıdır və erməni terror təşkilatı olan ASALA-nın maliyyə və ideologiya mənbəyi rolunda çıxış edir. Qurumun adı dəfələrlə ABŞ-da çirkli pulların yuyulması, şantaj və müxtəlif konqresmenlərin ələ alınması qalmaqallarında çəkilir.

Xatırladaq ki, ilk Avropa Oyunlarında Ermənistanın 18 idmançısı iştirak edəcək. Ermənistanlı idmançılar Oyunlarda iştirak etmək üçün bu gecə Bakıya gəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti