...

Bakıda I Avropa Oyunları miqyasına görə türkiyəli karateçiləri heyrətləndirib

Baku 2015 : EUROGAMES Materials 15 İyun 2015 09:41 (UTC +04:00)
Bakıda I Avropa Oyunları öz miqyasına görə türkiyəli karateçilərin təəccübünə səbəb olub.
Bakıda I Avropa Oyunları miqyasına görə türkiyəli karateçiləri heyrətləndirib

Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir Azad Həsənli/

Bakıda I Avropa Oyunları öz miqyasına görə türkiyəli karateçilərin təəccübünə səbəb olub. Bu barədə Trend-ə Avropa Oyunlarının qızıl medal sahibi Burak Uyqur deyib.

O bildirib ki, I Avropa Oyunlarının bu qədər böyük miqyaslı olacağını düşünmürdü: "Bakıya gəldikdən sonra tamamilə başqa bir mühitə düşdük".

B.Uyqur qeyd edib ki, Türkiyə komandası yarışlara ciddi hazırlaşıb: "Yaxşı çıxış etdiyimizi düşünürəm. Mənim üçün ən çətin döyüş Niyazi Əliyevlə olan döyüş oldu. Birincisi, rəqibim I Avropa Oyunlarına ev sahibliyi edən ölkəni təmsil edirdi, ikincisi, N.Əliyev İstanbulda keçirilən Avropa çempionatının finalında mənə qalib gəlmişdi".

Gələcək planlarından danışan B.Uyqur bildirib ki, karatenin Olimpiya idman növlərinə salınmasına ümid edir, belə olduğu təqdirdə, Türkiyə komandası Olimpiya Oyunlarında çıxış edə biləcək: "2020-ci ildə Olimpiya Oyunlarına kimi karate olimpiya idman oyunlarına daxil edilsə, əlbəttə, Olimpiya çempionu olmağa çalışacağam. Əks təqdirdə, məqsədim dünya çempionu olmaqdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti