Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir Maksim Tsurkov/
Bakı hər dəfə daha çox heyrətləndirir. Bu barədə Trend-ə norveçli azarkeş Tomas Berge (Thomas Berge) deyib.
Azarkeş bildirib ki, bu, onun Bakıya ilk səfəri deyil: "Bura 2012-ci il "Avroviziya" müsabiqəsində gəlmişdim, mənə elə gəlir ki, o vaxtdan şəhər daha da gözəlləşib. Təşkilat işlərinə gəldikdə isə Azərbaycanın belə böyük tədbirləri keçirmək təcrübəsinin olduğunu artıq bilirdim. Lakin bu dəfə təşkilat səviyyəsi mənim gözləntilərimi üstələdi".
T.Berge qeyd edib ki, o qatı idman azarkeşidir: "Norveç idmançılarının çıxış edəcəyi yarışlarda iştirak etməyi planlaşdırıram. Bu gün gimnastlarımıza dəstək olmağa gəlmişəm. Bütün idmançılara və Azərbaycana uğurlar arzulayıram".