...

Avropa Oyunlarında kişilər arasında kamandan oxatma üzrə fərdi yarışların reytinq mərhələsi başa çatıb (FOTO)

Baku 2015 : EUROGAMES Materials 16 İyun 2015 13:34 (UTC +04:00)
Bu gün I Avropa Oyunları çərçivəsində kişilər arasında kamandan oxatma üzrə fərdi yarışların reytinq mərhələsi başa çatıb.
Avropa Oyunlarında kişilər arasında kamandan oxatma üzrə fərdi yarışların reytinq mərhələsi başa çatıb (FOTO)

Azərbaycan, Bakı, 16 iyun /Trend, müxbir Ənvər Məmmədov/

Bu gün I Avropa Oyunları çərçivəsində kişilər arasında kamandan oxatma üzrə fərdi yarışların reytinq mərhələsi başa çatıb.

Trend-in məlumatına görə, yarışların yekunu üzrə 1/32 finalın cütlükləri müəyyənləşib.

Azərbaycanlı idmançılar Taras Senyuk, Aleksey Kopnin və Roman Vengerov reytinq mərhələsinin nəticələri üzrə müvafiq olaraq, 45, 50 və 57-ci yerləri tutublar.

Bununla da, iyunun 20-də keçiriləcək 1/32 finalda Vengerov fransalı Lukas Daniellə, Senyuk lüksemburqlu Ceff Henkellə, Kopnin isə rusiyalı Bair Tsibekdorjiyevlə qarşılaşacaq.

Kamandan oxatma üzrə kişilərin komanda yarışlarında reytinq mərhələsi də başa çatıb. Azərbaycan millisi 12-ci olub. Bu gün axşam saatlarında yığmamız 1/8 finalda İtaliya ilə qarşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti