...

Azərbaycanlı taekvondoçular qızıl medalın bir addımlığında (FOTO) (ƏLAVƏ OLUNUB-4)

Baku 2015 : EUROGAMES Materials 18 İyun 2015 17:26 (UTC +04:00)
Azərbaycanlı taekvondoçular Fəridə Əzizova və Milad Beygi Xarçeqani I Avropa Oyunları çərçivəsində ¼ final mərhələsinə yüksəliblər.
Azərbaycanlı taekvondoçular qızıl medalın bir addımlığında (FOTO) (ƏLAVƏ OLUNUB-4)

Yeni nəticələr əlavə olunub (ilk xəbər saat 11:12-də yayılıb)

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir Maksim Tsurkov/

Azərbaycanlı taekvondoçular Fəridə Əzizova və Milad Beygi Xarçeqani I Avropa Oyunları çərçivəsində ¼ final mərhələsinə yüksəliblər.

Trend-in məlumatına görə, F.Əzizova 67 kiloqram çəki dərəcəsində Niderlanddan olan rəqibi Coys van Baarenə 2:0 hesabı ilə qalib gəlib.

M.B.Xarçeqani isə 80 kq çəki dərəcəsində rəqibi serb Damir Feyziçuya heç bir şans vermədən mübarizəni 12:0 hesabı ilə vaxtından əvvəl başa çatdıraraq, adını qaliblər siyahısına daxil edib.

X X X

Azərbaycanlı taekvondoçu Fəridə Əzizova 1/4 final mərhələsində türkiyəli idmançı Tatar Nur ilə qarşılaşıb.

Gərgin keçən döyüş təmsilçimizin 6:2 hesablı qələbəsi ilə başa çatıb.

Yarımfinalda F.Əzizovanın rəqibi isveçli Elin Yohansson olacaq.

X X X

M.B.Xarçeqani 1/4 final mərhələsində britaniyalı taekvondoçu Lutalo Muhammedə aman verməyib.

Döyüşü vaxtından əvvəl - 17:5 hesablı qələbə ilə başa vuran təmsilçimiz yarımfinala yüksəlib.

O, yarımfinalda portuqaliyalı Julio Ferreyra ilə qarşılaşacaq.

X X X

Final görüşündə F.Əzizova güclü döyüşçü olduğunu bir daha sübut edib.

O, isveçli taekvondoçu E.Yohanssona 5:2 hesabı ilə qalib gələrək filana çıxıb.

X X X

80 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz M.B.Xarçeqani də finala yüksəlib.

Taekvondoçumuz yarımfinalda portuqaliyalı J.Ferreyradan üstün olub - 6:2.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti