...

Bu gün Avropa Oyunlarında 5 boksçumuz rinqə çıxacaq

Baku 2015 : EUROGAMES Materials 19 İyun 2015 12:56 (UTC +04:00)
Bu gün Bakı 2015 birinci Avropa Oyunlarında boks yarışlarında 5 idmançımız mübarizə aparacaq.
Bu gün Avropa Oyunlarında 5 boksçumuz rinqə çıxacaq

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir İlkin İzzət/

Bu gün Bakı 2015 birinci Avropa Oyunlarında boks yarışlarında 5 idmançımız mübarizə aparacaq.

Trend xəbər verir i, bu gün Avropa Oyunlarında həm kişilər, həm də qadınlar arasında boks yarışları davam edəcək.

Kristal Zalda keçirilən yarışlarda Azərbaycan boksçularından ilk olaraq rinqə ölkəmizi yüngülvari (48-51 kq) çəkidə təmsil edən Anaxanım Ağayeva çıxacaq. Onun 1/8 finaldakı rəqibi Polşa boksçusu Sandra Drabik olacaq. Görüş Bakı vaxtı ilə saat 13:15-də başlayacaq.

Rinqə çıxacaq növbəti qadın boksçumuz Leyla Cavadova olacaq. Azərbaycanı boks yarışlarında orta çəkidə (69-75 kq) təmsil edən Leylanın 1/8 finaldakı rəqibi Rusiya idmançısı Yaroslava Yakuşina olacaq. Görüş Bakı vaxtı ilə 19:00-da başlayacaq.

Kişi boksçularımızdan isə rinqə ilk olaraq Tayfur Əliyev çıxacaq. Azərbaycanı yarımyüngül çəkidə (56 kq) təmsil edən Tayfurun 1/8 finaldakı rəqibi Rumıniya boksçusu Nikolae Anderana olacaq. Görüş Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Rinqə çıxacaq növbəti kişi boksçumuz Azərbaycanı yarımağır çəkidə (81 kq) təmsil edən Teymur Məmmədov olacaq. Olimpiya, dünya və Avropa çempionatlarının mükafatçısı T.Məmmədovun 1/8 finaldakı rəqibi Polşa idmançısı Yordan Kulinski olacaq. Görüş Bakı vaxtı ilə saat 21:15-də başlayacaq.

Ondan dərhal sonra saat 21:45-də rinqə Azərbaycanı super ağır çəkidə (+91 kq) Olimpya oyunlarının bürünc mükafatçısı, dünya çempionu Məhəmmədrəsul Məcidov çıxacaq. Onun rəqibi Gürcüstan boksçusu Mixeil Baxtidze olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti