...

"Bakının idman obyektləri İslam Həmrəуliyi Oyunlarını qəbul etməyə hazırdır"

Baku 2015 : EUROGAMES Materials 20 İyun 2015 01:19 (UTC +04:00)
Bakı-2015 Avropa Oyunları çərçivəsində 3X3 basketbolu, su polosu, çimərlik voleybolu üzrə yarışların keçirildiyi ərazilərdə tikilmiş müvəqqəti obyektlər çox səmərəlidir...
"Bakının idman obyektləri İslam Həmrəуliyi Oyunlarını qəbul etməyə hazırdır"

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir Hüseyn Vəliyev/

Bakı-2015 Avropa Oyunları çərçivəsində 3X3 basketbolu, su polosu, çimərlik voleybolu üzrə yarışların keçirildiyi ərazilərdə tikilmiş müvəqqəti obyektlər çox səmərəlidir və tamaşaçı tribunaları ilə birlikdə çox gözəl inşa olunub. Bunu Trend-ə Böyük Britaniya komandasının üzvü Stiven Habbard deyib.

O bildirib: "Fikrimcə, obyektlər bir neçə ildən sonra İslam Həmrəyliyi Oyunlarını qəbul edə bilər".

Paytaxtımızda ilk dəfə olduğunu deyən S.Habbardın sözlərinə görə, Bakıda sovet dövründən qalma binaları görəcəyini gözləyirdi: "Lakin gördüm ki, Bakıda köhnə binalar az, yeniləri isə çoxdur və onlar Şərqlə Qərbin vəhdətini təşkil edir".

O, qeyd edib ki, Oyunlar dostluq şəraitində keçir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti