...

Rusiyalı gimnastlar: "Avropa Oyunlarında qələbə qazandığımıza görə çox sevinirik"

Baku 2015 : EUROGAMES Materials 19 İyun 2015 21:04 (UTC +04:00)
"I Avropa Oyunlarında qələbə qazandığımıza görə çox sevinirik".
Rusiyalı gimnastlar: "Avropa Oyunlarında qələbə qazandığımıza görə çox sevinirik"

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir Maksim Tsurkov/

"I Avropa Oyunlarında qələbə qazandığımıza görə çox sevinirik".

Bunu Trend-ə Oyunlarda akrobatika gimnastikası üzrə qarışıq cütlüklərin yarışında qızıl medal qazanmış rusiyalı idmançılar Georgi Pataraya və Marina Çernova deyib.

Onların sözlərinə görə, yarışların təşkilindən çox razıdırlar: "Hər şey çox gözəl təşkil edilib. Bizim üçün bu, Olimpiya Oyunlarına bərabərdir. Belə ki, akrobatika ilk dəfə olaraq belə iri yarışların proqramına daxil edilib. Bakı çox gözəl şəhərdir və buradan getmək istəmirik. Azərbaycan xalqı çox qonaqpərvərdir. İnanırıq ki, Azərbaycan gələcəkdə də belə iri yarışlar təşkil edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti