...

Azərbaycan gimnastı Oleq Stepko Avropa Oyunlarında paralel qollarda hərəkətlərdə qızıl medal qazandı (FOTO)

Baku 2015 : EUROGAMES Materials 20 İyun 2015 19:40 (UTC +04:00)
Bu gün Birinci Avropa Oyunları çərçivəsində idman gimnastikası üzrə final yarışları keçirilir.
Azərbaycan gimnastı Oleq Stepko Avropa Oyunlarında paralel qollarda hərəkətlərdə qızıl medal qazandı  (FOTO)

Azərbaycan, Bakı, 20 iyun /Trend/

Bu gün Birinci Avropa Oyunları çərçivəsində idman gimnastikası üzrə final yarışları keçirilir.

Trend-in məlumatına görə, idman gimnastikasında kişilər arasında paralel qollarda hərəkətlərin final yarışması başa çatıb.

Azərbaycanlı gimnast Oleq Stepko idman gimnastikası üzrə yarışlarda paralel qollarda hərəkətlər növündə qızıl medal qazanıb. O, 15.733 bal toplayıb.

Gümüş medalı rusiyalı gimnast David Belyavskiy, bürünc medalı isə rumıniyalı gimnast Marius Berbekar qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti