Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir İlkin İzzət/
"Döyüşlə bağlı təəssüratım olduqca yaxşıdır, nəticədə mən qazandım. Zəif rəqib yoxdur, bütün rəqiblər güclüdür. Ancaq hər bir idmançının məqsədi qələbə qazanmaqdır".
Trend-in məlumatına görə, bunu bu gün Avropa Oyunlarında boks yarışlarında 1/8 finalda qələbə qazanan təmsilçimiz Kollazo Sotomayor deyib.
O, qeyd edib ki, hər şey strategiyadan asılıdır. Hücum əsnasında strategiya dəyişdiyi üçün nokaut alınmadı: "Həm də rəqibim güclü döyüşçü idi və birinci zərbədən sonra strategiyasını dəyişdiyi üçün nokaut baş vermədi".