...

Avropa Oyunlarında atıcılıq yarışları başa çatdı

Baku 2015 : EUROGAMES Materials 22 İyun 2015 19:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir Ənvər Məmmədov/

Bakı-2015 Avropa Oyunlarının atıcılıq üzrə qarışıq komanda halında 10 metrdən hava tüfəngi ilə atəş yarışları başa çatıb.

Trend-in məlumatına görə, İtaliya komandası Danimarkanı 5:4 hesabı ilə məğlub edərək birinci olub.

Serbiyaya qalib gələn Rusiya üçüncü yerdə qərərlaşıb.

Həmçinin qarışıq komanda halında 10 metrdən hava tapançası ilə atəş yarışları yekunlaşıb.

Burada ən sərrast almaniyalı atıcılar olub. Yunanıstan 2-ci, Rusiya isə 3-yeri tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti