...

Daha bir boksçumuz Avropa Oyunlarında yarımfinalda (FOTO)

Baku 2015 : EUROGAMES Materials 23 İyun 2015 14:27 (UTC +04:00)
İlk raundda daha üstün boks nümayiş etdirən təmsilçimiz ikinci raundda rəqibini döyməkdə davam edib. Sonuncu, üçüncü raundda da cəldliyi və dəqiq zərbələri hesabına üstünlük qazanan Albert Səlimov bolqar idmançıya qalib gələrək adını yarışların yarımfinalına yazdırıb.
Daha bir boksçumuz Avropa Oyunlarında yarımfinalda (FOTO)

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir İlkin İzzət/

Avropa Oyunlarının boks yarışlarında daha bir kişi boksçumuz yarımfinala vəsiqə qazanıb.

Trend xəbər verir ki, Kristan Zalda keçirilən boks yarışlarında Azərbaycanı yüngül (60 kq) çəkidə təmsil edən kişi boksçumuz Albert Səlimov 1/4 finalda Bolqarıstan idmançısı Elian Dimitrov ilə üz-üzə gəlib.

İlk raundda daha üstün boks nümayiş etdirən təmsilçimiz ikinci raundda rəqibini döyməkdə davam edib. Sonuncu üçüncü raundda da cəldliyi və dəqiq zərbələri hesabına üstünlük qazanan A.Səlimov bolqar idmançıya qalib gələrək adını yarışların yarımfinalına yazdırıb.

Xatırladaq ki, bu gün çıxış edən təmsilçilərimizdən rinqə ilk çıxan qadın boksçumuz Anna Əlimərdanova yarımyüngül (51-54 kq) çəki dərəcəsində 1/4 finalda Bolqarıstan idmançısı Stanimira Petrovanı məğlub edərək yarışların yarımfinalına vəsiqə əldə edib.

Qeyd edək ki, bu gün daha 4 boksçumuz da rinqə çıxacaq. Saat 19:15-də yarımorta (60-64 kq) çəkidəki təmsilçimiz Yana Vıstropova 1/4 finalda Böyük Britaniyadan olan boksçu Rian Sandi ilə qarşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti