...

Teymur Məmmədov: "Mən qızıl medala layiqəm"

Baku 2015 : EUROGAMES Materials 24 İyun 2015 21:11 (UTC +04:00)
"Mən öz vətənimdə keçirilən Avropa Oyunlarında qızıl medala layiqəm".
Teymur Məmmədov: "Mən qızıl medala layiqəm"

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir İlkin İzzət/

"Mən öz vətənimdə keçirilən Avropa Oyunlarında qızıl medala layiqəm".

Trend xəbər verir ki, bunu bu gün Avropa Oyunlarının boks yarışlarında yarım-ağır çəkidə (81 kq) finala yüksəlmiş Azərbaycan boksçusu Teymur Məmmədov deyib.

Onun sözlərinə görə, Rusiya boksçusu ilə yarımfinal döyüşü ağır keçib: "Rəqibim zəif deyildi. Çox güclü boksçu idi. Sadəcə mən daha təcrübəli idim deyə, ondan güclü oldum və qələbə qazandım. Görüş ərzində bilmirdim ki, uduram, yoxsa uduzuram. Sadəcə hər raundda artırmaq və udmaq istəyirdim".

T.Məmmədov finalda rəqibi olacaq italiyalı boksçu ilə gözlənilən görüş barədə də fikirlərini bölüşüb: "Mən onu tanımıram, onunla heç zaman görüşməmişəm. Onun döyüşünü izlədim, taktikasını gördüm. İnanıram ki, hər şey yaxşı olacaq".

Qeyd edək ki, T.Məmmədovun qızıl medal uğrundakı görüşdə rəqibi İtaliya boksçusu Valentino Manfredonia olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti