...

Ayxan Mamayev və Rəsul Çunayev azarkeşlərinin əhatəsində Azərbaycan himnini oxuyub (FOTO)

Baku 2015 : EUROGAMES Materials 27 İyun 2015 19:03 (UTC +04:00)
Bakı 2015 birinci Avropa Oyunlarının mükafatçıları - karatenin kumite növündəki mübarizədə qızıl medal sahibi Ayxan Mamayev və Yunan-Roma güləşi üzrə yarışlarda birinci yeri tutaraq qızıl medal qazanan Rəsul Çunayev olimpiya oyunları çərçivəsində yaradılan “İFAM on the stage” (“əgər mən səhnədə olsaydım”) səhnəsinin qonağı olublar.
Ayxan Mamayev və Rəsul Çunayev azarkeşlərinin əhatəsində Azərbaycan himnini oxuyub (FOTO)

Azərbaycan, Bakı, 27 iyun /Trend/

Bakı 2015 birinci Avropa Oyunlarının mükafatçıları - karatenin kumite növündəki mübarizədə qızıl medal sahibi Ayxan Mamayev və Yunan-Roma güləşi üzrə yarışlarda birinci yeri tutaraq qızıl medal qazanan Rəsul Çunayev olimpiya oyunları çərçivəsində yaradılan "İFAM on the stage" ("əgər mən səhnədə olsaydım") səhnəsinin qonağı olublar.

Trend-in məlumatına görə, Fəvvarələr meydanında azarkeşləri, şəhər sakinləri tərəfindən qarşılanan idmançılar ölkəmizin ev sahibliyi etdiyi birinci Avropa Oyunlarında Azərbaycanı təmsil etmələrinin şərəfli bir missiya olduğunu bildiriblər.

İdmançılar bu yarışlarda qazandıqları medalın onlar üçün əlamətdar olduğunu deyiblər və onları dəstəkləyən şəhər sakinləri ilə birlikdə Azərbaycanın Dövlət himini oxuyublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti