Tarixi imzanın səkkiz nişanəsi

Tarixi imzanın səkkiz nişanəsi

Azay Quliyev - Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı

Şərqin ilk operasını, ilk demokratik respublikasını yaradan Azərbaycan indi də növbəti bir ilkə imza ataraq birinci Avropa Oyunlarına ev sahibliyi etdi. Xatirələrdən uzun müddət silinməyəcək "Bakı-2015" birinci Avropa Oyunları bəlkə də bundan sonra bir neçə nəslə qismət olmayacaq bir xoşbəxtlik idi ki, biz yaşadıq. Bu tarixdə bir ilkin canlı şahidləri və iştirakçıları olduq.

Milyonlarla insanın valeh olduğu möhtəşəm açılış və bağlanış mərasimləri, Avropanı silkələyən, kövrəldən, həyəcanlandıran idman yarışları, azarkeşlərin yaratdığı ab-hava, insanların mübariz əhval-ruhiyyəsi və sözün əsl mənasında yaşadığımız idman bayramı haqqında hələ çox danışacağıq. Avropa Oyunları haqqında ən müxtəlif məqamlar və təəssüratlar qeyd edilsə, maraqlı təhlillər aparılsa da, hamı bir fikirdə yekdildir: "Azərbaycan adını tarixə böyük hərflərlə yazdı..."

Bu tarixin necə yazılması və mahiyyəti haqqında bəzi düşüncələri bölüşmək istərdim.

Birincisi və ən önəmlisi, Avropa Oyunlarına hazırlıq mərhələsi idi. Azərbaycan üzərinə düşən tarixi missiyanın öhdəsindən uğurla gəlmək üçün bütün potensialını səfərbər etməyi bacardı. Birinci Avropa Oyunlarına ev sahibliyi hüququnu əldə edən Bakı çiyinlərinə hansı məsuliyyəti götürdüyünü yaxşı başa düşürdü. Çoxlarının inamsız, skeptikcəsinə yanaşdığı hazırlıq mərhələsini Bakı rahatlıqla keçdi. Çünki ölkəmiz bundan əvvəl "Eurovision" mahnı müsabiqəsinə cəmi bir il ərzində hazırlaşmışdı.

Avropa Oyunları kimi yarışlara hazırlıq üçün ən azı 7 il vaxt tələb olunduğu halda Azərbaycan 2 ildən bir az çox müddət ərzində bu tədbiri yüksək səviyyədə təşkil etmək məqsədilə düzgün və düşünülmüş strategiya müəyyənləşdirdi və onun vaxtında, dəqiqliklə icrasına nail oldu. Azərbaycan bunu bacardı. Prezident İlham Əliyev bu haqda çıxışında deyib: "Buna görə də Oyunların keçirilməsində heç bir problem yaşanmadı. Təşkilat Komitəsinə rəhbərlik etmiş Mehriban Əliyevanın fəaliyyətini xüsusilə yüksək qiymətləndirirəm. O, bu Oyunların keçirilməsinə çox böyük töhfə verib, Oyunların bu səviyyədə keçirilməsi üçün canını qoyub. Mən Təşkilat Komitəsinin tərkibini müəyyən edərkən tam əmin idim ki, bu tərkibdə Təşkilat Komitəsi ən yüksək nəticə göstərə bilər. Çünki burada həm təcrübə, həm peşəkarlıq, ən önəmlisi xalqa, dövlətə sevgi, məhəbbət var idi və var. Ümumiyyətlə, bunlar ölkəmizin əldə etdiyi uğurların əsas şərtidir".

İkincisi, Azərbaycanın özünü tanıtması idi. Avropa, eləcə də dünya mediası Azərbaycanın birinci Avropa Oyunlarına ev sahibliyi edəcəyi elan olunduqdan sonra bu kiçik Qafqaz ölkəsindən, Şərqlə Qərbin mədəniyyət, sivilizasiya körpüsündən danışdı, yazdı, göstərdi.

Göstərməli çox şey vardı. Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, çoxçeşidli və dadlı mətbəxi, yüksək peşəkarlıqla işlənmiş və milli ornamentlərlə bəzədilmiş, tamaşaçıların ruhunu oxşayan səhnə tərtibatları avropalıları heyrətləndirməyə bilməzdi. Açılış və bağlanış mərasimlərini izləyən milyonlarla əcnəbi tamaşaçı müasirliklə qədimliyin, klassikliyin vəhdəti olan Azərbaycanın ecazkar milli musiqisini dinləyərək xalqımızın malik olduğu dəyərlərə sayğı göstərməyə bilməzdi. Hər şey sanki bir harmoniya idi.

Üçüncüsü, birinci Avropa Oyunlarının əsas qəhrəmanı və baş mükafatçısı - qalibi sözün bütün mənalarında Azərbaycan oldu. Son bir ayda görünməmiş qarayaxma kampaniyası, təzyiq, informasiya həmləsi, birtərəfli ritorika, hədə-qorxu, şantaj, Avropa Parlamentinin məqsədyönlü və qərəzli dinləmələri, AŞPA-nın sifarişli qətnaməsinə baxmayaraq Azərbaycan müvazinətini itirmədi, qarşıya qoyduğu hədəfə doğru inamla və qətiyyətlə irəlilədi. Sonda qazanan Azərbaycan oldu.

Dördüncüsü, Azərbaycan sivil, mədəni və tolerant bir ölkə olduğunu, eyni zamanda, torpaqlarının işğalı faktı ilə barışmayacağını bir daha bütün dünyaya göstərdi. Qarabağ qazisi İlham Zəkiyevin Avropa Oyunlarının məşəlini açılış mərasiminə gətirməsi, rəqibini məğlub edib ölkəmizə qızıl medal qazandırması hamımızı ikiqat sevindirdi. Xüsusilə də müharibə veteranının çempion adını Silahlı Qüvvələrimizin yaranma günündə qazanması, medalı aldıqdan sonra ölkə Prezidentini, Ali Baş Komandanı fəxri kürsüyə dəvət etməsi gələcək hərbi qələbələrimizin işartısı kimi böyük bir alqışa və ruh yüksəkliyinə səbəb oldu.

Beşincisi, birinci Avropa Oyunları ilə ölkəmiz hakimiyyət-xalq birliyinin də gözəl nümunəsini ortaya qoydu. Azərbaycan vətəndaşları böyük güclərin media və QHT-lər, beynəlxalq təşkilatlar vasitəsilə həyata keçirdiyi anti-milli kampaniyanı rədd etdilər, dövlətçiliyin yanında oldular, Azərbaycan Prezidentinə, onun həyata keçirdiyi siyasətə dəstəklərini daha da artırdılar. Bu, hakimiyyət-xalq birliyinin əyani təcəssümü və milli həmrəyliyin təntənəsi idi.

Altıncısı, Azərbaycanın gücü və potensialı haqqında dünyada düzgün təsəvvür formalaşdı. Təsdiq olundu ki, Azərbaycan istənilən beynəlxalq tədbiri yüksək səviyyədə hazırlamaq və keçirmək iqtidarındadır. "Bakı-2015"lə Avropada qitə oyunlarının təməli qoyuldu. Bundan sonra keçiriləcək bütün Avropa Oyunlarının məşəli Azərbaycandan götürüləcək. Odlar yurdu Azərbaycan üçün bunun nə qədər önəmli olduğunu bəlkə də indi tam dərk edə bilmirik. On illər keçəcək Azərbaycan Avropa Oyunlarının vətəni kimi hər zaman xatırlanacaq, dörd ildən bir bu möhtəşəm Oyunların məşəli öz ünvanına çatmaq üçün ilkin olaraq yenə də doğma Bakımızda alovlanacaq.

Bundan sonra Azərbaycan rahatlıqla ən böyük miqyaslı çempionatların, hətta olimpiadaların keçirilməsi üçün namizədliyini irəli sürə bilər. Gələcəkdə Avropa Oyunlarına ev sahibliyi edəcək ölkələr Azərbaycanın təcrübəsindən bəhrələnəcəklər.

Yeddincisi, Azərbaycan idmançıları sübut etdilər ki, dövlət müstəqilliyinin yaşı çox olmasa da, əsl idman ölkəsidir. Milli komandamız 21-i qızıl, 15-i gümüş, 20-si bürünc olmaqla 56 medal qazanaraq yalnız Rusiyadan geri qaldı. Beləliklə, atletlərimiz Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, İspaniya, Hollandiya, Polşa, Türkiyə kimi böyük idman tarixi olan ölkələri qabaqladılar. Bunlar sadəcə rəqəm deyil. Bu göstəricilərin arxasında illərin gərgin zəhməti, dövlətin idmana qoyduğu böyük investisiyalar durur. Bu nailiyyətlər bir daha açıq şəkildə göstərir ki, Azərbaycan Avropanın aparıcı idman dövlətinə çevrilməkdədir.

Səkkizincisi, Azərbaycan xalqı ölkə üçün taleyüklü anda tam şəkildə səfərbər olmaq, ümumi maraqlar naminə bütün çətinliklərin öhdəsindən gəlmək bacarığını nümayiş etdirdi. Hər yerdə - nəqliyyatda, idman salonlarında, stadionda, ictimai yerlərdə yüksək səviyyəli nizam- intizam nümayiş etdirildi.

İdmançılar və qonaqlar üçün yaradılan ideal şərait, təşkilatı işlərin zərgər dəqiqliyi ilə planlaşdırılması, könüllülərin fədakarlığı, ümumiyyətlə hər hansı nöqsana yol verilməməsi əldə etdiyimiz uğurlara əlavə dəyər qatdı.

Oyunlara böyük tamaşaçı marağını da buraya əlavə etməmək mümkün deyil. Demək olar ki, bütün yarışlar böyük tamaşaçı dəstəyi ilə keçirildi. Arenalarda tamaşaçı qıtlığı yaşanmadı. İnsanların idman yarışlarını izləmək üçün ailələri ilə birlikdə saatlarla bilet növbəsinə durması və idmançılarımızı qələbəyə səsləməsi isə çox xoş bir mənzərə idi.

Beləliklə, bu tarixi zəfəri ümumiləşdirsək əminliklə deyə bilərik ki, ilk Avropa Oyunları Azərbaycanın sürətlə inkişaf edən, sabit və sivil Avropa ölkəsi olduğunu göstərdi. Qəbul etsələr də, etməsələr də bu, belədir. Azərbaycan bir daha sübut etdi ki, heç də Almaniyadan, Fransadan, Böyük Britaniyadan geri qalan ölkə deyil. Ən azı, həmin ölkələr kimi böyük idman yarışlarına ev sahibliyi etmək iqtidarındadır. Bu tarixi zəfər Azərbaycanın həm də sabaha açılan bir pəncərəsidir, onu parlaq gələcəyə aparan uğurlu yoldakı inamıdır, Azərbaycanın qarşıda üzünə açılacaq zəfər yollarında özünə olan əminliyidir, imza atdığı uğurudur.

Prezident İlham Əliyev ilk Avropa Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri, Azərbaycan idman ictimaiyyətinin nümayəndələri və Oyunların təşkilində xidmətləri olan xarici tərəfdaşlarla görüşdə deyib: "Yəqin ki, bu günlər ərzində hamımız bir neçə dəfə kövrəldik. Hamımızın elə unudulmaz anları olub ki, bunu sözlə təsəvvür etmək çətindir. Qələbə sevinci, qürur hissi, idmançılarımızın rəşadəti, gücü, xalqımızın birliyi - bütün bunlar heç vaxt yadımızdan çıxmayacaq. Azərbaycan bu gün zirvədədir".

Bütün bunları bizə yaşatdığına və Azərbaycanı bu zirvəyə qaldırdığına görə dövlətimizin başçısı İlham Əliyevə QHT sektoru adından dərin minnətdarlığımızı bildiririk. Birinci Avropa Oyunlarının ağır yükünü çiyinlərində daşıyan və bu məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gələn birinci xanım, "Bakı-2015"in Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya "Çox sağ ol" deyir, onu ən ali dövlət mükafatı - "Heydər Əliyev" ordeni ilə təltif edilməsi münasibəti ilə təbrik edirik.

Azərbaycanın bütün azad edilmiş ərazilərində yaxşı mobil siqnal mövcuddur
Azərbaycanın bütün azad edilmiş ərazilərində yaxşı mobil siqnal mövcuddur
Azərbaycan Ordusunun şanlı aprel zəfərindən 5 il ötür
Azərbaycan Ordusunun şanlı aprel zəfərindən 5 il ötür
Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilib - Tural Gəncəliyev
Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilib - Tural Gəncəliyev
Loading Bars
Xəbər lenti
Bu gün sonuncu Qədr gecəsidir
Los-Ancelesdə Azərbaycanın faşizm üzərində qələbəsindəki roluna dair film hazırlanıb (VİDEO)
Papua-Yeni Qvineyada torpaq sürüşməsi nəticəsində 15 nəfər ölüb
Şirvan şəhərində "Opel" yanıb
Malayziyada ölkə daxilində səyahət etmək və əksər sosial tədbirlər qadağan ediləcək
Kolumbiyada etiraz aksiyaları zamanı 550-ya yaxın insan itkin düşdü
Yunan-Roma güləşçimiz Rafiq Hüseynov "Tokio-2020" Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Nyu-Yorkun Tayms-skver meydanında atışma baş verib
Dünyada ötən sutka koronavirusa 817 mindən çox yoluxma qeydə alınıb - ÜST
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun iştirakçıları üçün hər cür şərait yaradılıb - amerikalı idmançı
Türkiyədə son sutkada koronavirusdan 28 896 nəfər sağalıb
"Bavariya" ardıcıl 9-cu dəfə futbol üzrə Almaniya çempionu oldu
Daşkəsən polisi şəhid ailələrinə bayram sovqatları paylayıb
Əfqanıstanda məktəbin qarşısında partlayışlar olub, çoxlu sayda ölən var
Mingəçevir Dövlət Universitetində “Dahi Azərbaycanlı” sənədli filmi nümayiş etdirilib (FOTO)
Azərbaycanda 9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
Azərbaycanda bayram tətili başlayıb
Mayın 16-dək Azərbaycanda ictimai nəqliyyat işləməyəcək
Bakıda bağlı qapı arxasında qalan iki azyaşlı xilas edilib
Milli Gimnastika Arenasının zalı heyrətamiz dərəcədə gözəldir - rusiyalı idmançı
Mingəçevir Dövlət Universitetində “İşğaldan azad olunmuş Azərbaycan ərazilərinin ekoloji vəziyyəti” mövzusunda nəzəri-praktiki seminar keçirilib (FOTO)
Ramazanın 26-cı gününün duası - İmsak və iftar vaxtı
İran yük avtomobilləri Qarabağa yük daşımır - İran səfirliyi
Mingəçevir Dövlət Universitetinin tələbə gəncləri ulu öndər Heydər Əliyevə həsr olunmuş tədbir keçirib (FOTO)
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun qalib və mükafatçılarının mükafatlandırılma mərasimi keçirilib (FOTO)
Ramazan bayramı ilə əlaqədar may ayı üzrə pensiyaların ödənişi vaxtından əvvəl başa çatdırılıb
Gimnastlarımız üç halqa və iki cüt gürzlərlə hərəkətlərdə Dünya Kubokunun finalına çıxıb (FOTO)
Bu gün Şuşa azaddır və bir daha bizdən ayrılmayacaq - Şuşa sakini danışır
MDU-da ümummilli lider Heydər Əliyevə həsr olunan mühazirələr keçirilib (FOTO)
Mingəçevir Dövlət Universitetinin əməkdaşları şəhid ailələrini ziyarət ediblər
Liderlik zirvəsini fəth edən Dahi
Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri azalıb
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsi yad edilib
Azərbaycan gimnastları çox güclüdür - Qazaxıstanlı gimnast
Qarabağ Dirçəliş Fondu əlavə dəyər vergisindən azad olunub
Bakıdakı Dünya Kuboku mənim ən sevimli yarışlarımdan biri oldu - Zöhrə Ağamirova
1992-ci il 8 mayında Şuşa satqınlığın və xainliyin qurbanı oldu - Deputat
Dövlət Neft Şirkətinin strukturu təkmilləşdirilir
TRT Qarabağla bağlı sənədli film hazırlayır
Dünya Kubokunda gürzlərlə hərəkətlərdə finalçılar müəyyənləşib
Aİİ-də “Ulu öndər Heydər Əliyevin Azərbaycanın inkişafı naminə xidmətləri” mövzusunda videokonfrans keçirilib (FOTO)
Azərbaycan gimnastı Zöhrə Ağamirova Dünya Kubokunda finala çıxıb
Bakıda təhsil müəssisələrinin tikintisi, təmiri və bərpasına iyirmi milyon manat ayrıldı - SƏRƏNCAM
Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətləri var - Tahir Budaqov
Prezident İlham Əliyev Şuşada yeni ümumtəhsil məktəbinin tikintisinə üç milyon manat ayırdı
Yol qovşağında yenidənqurma işləri aparılır (FOTO)
AQTA quş qripi ilə bağlı Dövlət Gömrük Komitəsinə müraciət edib
Şuşada istilik təchizatının qurulması üçün bir milyon manat ayrıldı - SƏRƏNCAM
Bakıda bizi mehribanlıqla qarşılayırlar - Ukraynalı gimnast
Qələbənin 76-cı ildönümü münasibətilə Azərbaycan Ordusunda iməcilik keçirilib (FOTO/VİDEO)
Ro-Pax tipli "Azərbaycan" gəmi-bərəsi Qazaxıstana çatıb (FOTO)
Hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ edildi
Suvarmada olan çətinliklərin aradan qaldırılması ilə bağlı tapşırıq verilib (FOTO)
"Azəriqaz" bayram günlərində də fəaliyyətini davam etdirəcək
Mayın 16-na olan USD/AZN rəsmi məzənnəsi
Tibb müəssisələrində yoxlamalara başlanılıb
Lənkəranda 50 hektardan çox sitrus bağı salınıb (FOTO)
Müdafiə Nazirliyi Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri ilə bağlı VİDEO hazırlayıb
İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım ödənilib
Yaxın 3 ayda müəllimlərin sertifikasiyası gözlənilmir - RƏSMİ
Növbəti illərdə şagird sayında azalmalar ola bilər - Təhsil naziri
“Azərpambıq ASK” MMC-nin işi məhkəməyə göndərildi
Azərbaycanda peyvənd olunan təhsil işçilərinin sayı açıqlanıb
Saatlıda karantin qaydalarını pozan çayxana aşkarlanıb
Xəzər rayonu rəhbərliyi və ictimaiyyət nümayəndələri Binədə yeni qurulan Şəhidlər xiyabanını ziyarət ediblər (FOTO)
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 1720 nəfər COVID-19-dan sağalıb, 649 nəfər yoluxub
Əyani tədrisin qismən bərpa olunması qərarı aparılan təhlillərdən sonra verilib - Nazir
Şuşa alimlərin, sənətkarların doğulub boya-başa çatdığı elm və mədəniyyət mərkəzidir - Komitə sədri
“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının nəzərinə
120 minə yaxın təhsil işçisi vaksinasiyadan keçib
Bu il 50 mindən artıq müəllimliyə namizəd işə qəbulla bağlı müsabiqəyə qatılacaq - Emin Əmrullayev
Energetika Nazirliyi Ulu Öndərin anadan olmasının 98-ci ildönümü münasibətilə ağacəkmə aksiyası keçirib (FOTO)
Şəhid ailələri və müharibə əlillərinə daha 40 mənzil təqdim olundu (FOTO)
X-XI siniflər hələ də distant formada tədrisə davam edəcək - Təhsil naziri
Bədii gimnastika üzrə Dünya Kubokunun ikinci günündə maraqlı anlar (FOTO)
Naxçıvan Qarnizonu Qoşunlarında gənc əsgərlərin andiçmə mərasimləri keçirilib (FOTO/VİDEO)
Azərbaycan gimnastlarının Dünya Kubokunun ikinci günündə NƏTİCƏLƏRİ (FOTO)
Bakıda yarışlar hər zaman ən yüksək səviyyədə keçir - Sloveniyalı gimnast
Külək və yağışla bağlı XƏBƏRDARLIQ
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş SİYAHISI
Qalib Sərkərdə strategiyasının əməli sübutu – qalibiyyətə aparan möhtəşəm yol
Sənaye və məişət tullantıları ilə bağlı 650 nəfər barəsində tənbeh tədbiri görülüb
Artıq 8 may ağrısı ilə deyil, 8 noyabr qüruru ilə yaşayırıq – Politoloq
Balakəndə əməliyyat, polis narkobaronu yaxaladı
Bu il Azərbaycanda yol qəzalarında həlak olanların sayı açıqlanıb
AHİK daha 5000 ailəyə ərzaq sovqatı göndərib (FOTO)
Qadın cəzaçəkmə müəssisəsində nöqsanlar aşkarlanıb, müəssisə rəhbəri işdən azad edilib
Suraxanıda nişan mərasimi keçirən 57 nəfər cərimələndi (FOTO)
Birinci vitse-prezident Mehriban Əliyeva: Bu gün Şuşa azaddır! (VİDEO)
Mingəçevir Dövlət Universitetinin tələbəsi adlı təqaüdə layiq görülüb (FOTO)
AHİK rəhbərliyi Fəxri xiyabana gedərək Ulu Öndərin xatirəsini yad ediblər (FOTO)
Ermənilərin faşizm ideologiyasını əbədiləşdirməsi dünya üçün bir bəladır - İsrailli ekspert
Son 2 ayda azad olunan ərazilərdə 10 yeni hərbi hissə fəaliyyətə başlayıb (FOTO)
Bakı Ali Neft Məktəbinin Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş Elmi Konfransları başa çatır (FOTO)
“Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” filminin nümayişi təşkil olunub (FOTO)
"Azərişıq" gücləndirilmiş iş rejiminə keçdi
CBC radiosunun Qarabağda yayımı başlayıb
Xaçmaz RİH başçısı İkinci dünya müharibəsi iştirakçısını evində ziyarət edib (FOTO)
Xəritələrin verilməməsi minatəmizləmə işini ləngidir: Yeni avadanlıqlar gətiriləcək - Trend TV-nin Füzulidən REPORTAJI
Bütün xəbərlər