...

21 yaşlı müğənni Ayan tamaşaçıları 5D formatı ilə təəccübləndirəcək (FOTO)

Mədəniyyət Materials 14 Fevral 2011 15:34 (UTC +04:00)
Əlverişsiz hava şəraiti ilə əlaqədar klip çəkilişini təxirə salan müğənni Ayan çıxan günün istisindən yararlanmaq qərarına gəlib. Trend-ə məlumat verən müğənni bildirdi ki, çəkilişləri ərsəyə gətirməklə yaradıcılığında daha bir yeniliyə imza atacaq.
21 yaşlı müğənni Ayan tamaşaçıları 5D formatı ilə təəccübləndirəcək (FOTO)

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir Ş.Cavadsoy/

Əlverişsiz hava şəraiti ilə əlaqədar klip çəkilişini təxirə salan müğənni Ayan çıxan günün istisindən yararlanmaq qərarına gəlib. Trend-ə məlumat verən müğənni bildirdi ki, çəkilişləri ərsəyə gətirməklə yaradıcılığında daha bir yeniliyə imza atacaq.

"Allahın köməyi ilə pərəstişkarlarıma söz verdiyim fərqli klipin çəkilişlərinə başladıq. Klipin demək olar ki, əsas hissələri artıq çəkilib. Mahnının adı "Dəniz" olduğundan, mütləq dəniz kənarında səhnələr də çəkilməlidir. Bir sözlə, 5D formatlı klipimdə məni müxtəlif obrazlarda görəcəksiniz. Stilist Roma məni yenə də dəyişdirməyə müvəffəq oldu", -Ayan dedi.

Musiqisi Aygün Bəylərə, sözləri Baba Vəziroğluna məxsus olan mahnıya çəkilən klipdə Ayan yaşından böyük qadın obrazını canlandırmaqdan çəkinməyib. Kilipin rejissoru Orman Çingizoğlu ilə işbirliyinə qol qoyan 21 yaşlı ulduz "Dəniz"i 5D formatında lentə aldırmaqla, yerli ulduzlardan seçilərək, ilkə imza atmış oldu.

Xəbər lenti

Xəbər lenti