...

Rəqqasə Oksana Rəsulova ana olmaq istəyir (FOTO)

Mədəniyyət Materials 16 Mart 2011 17:59 (UTC +04:00)
Müqəddəs ana adını öz zərif çiyinləri üzərində daşımaq hər bir qadının arzusudur. Əgər o qadın şou-biznes nümayəndəsidirsə, onda mütləq övlad sahibi olmaqdan ötrü daha çox can atır.
Rəqqasə Oksana Rəsulova ana olmaq istəyir (FOTO)

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir Ş.Cavadsoy/

Müqəddəs ana adını öz zərif çiyinləri üzərində daşımaq hər bir qadının arzusudur. Əgər o qadın şou-biznes nümayəndəsidirsə, onda mütləq övlad sahibi olmaqdan ötrü daha çox can atır. Belə sənətçilərdən biri də hind rəqslərinin mahir ifaçısı Oksana Rəsulovadır. Tədbirlərin birində şahidi olduq ki, o, hamiləlik dövrünü yaşayan həmkarı, əməkdar artist Məryəm Süleymanovanın sevincini bölüşərək, xoş hissləri necə keçirməsi ilə ciddi şəkildə maraqlanırdı. Söhbətin şirin yerində Oksana Məryəmdən xahiş etdi ki, sağ əlini onun başına çəksin. Mehriban rəfiqəlik jesti edən Sülymanova Rəsulovanın arzusunu reallaşdırdı və sonra onu bağrına basaraq öpüb-qucaqladı. Trend-ə açıqlamasında xoşbəxt olduğunu dilə gətirən Oksana, səhnə insanlarının əksəriyyəti üçün ailə qurmağın vacibliyindən danışdı.

"Çox istəyirəm ki, mən də içində olmaq şərtilə subay həmkarlarımın hamısı ailə qursunlar. Şəxsən öz adımdan demək istəyirəm ki, oğul-uşaq sahibi olmaq mənim Allahdan gerçəkləşməsini dilədiyim niyyətlərimdəndir. İnşallah, sevdiyim şəxs qarşıma çıxar, subaylıqla vidalaşıb arzuma çataram", - rəqqasə ürəyindən keçənləri səmimi sözləri ilə bu cür izah etməyə çalışdı.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti