...

Müğənni Xəyyam Nisanov yeni albomu ilə çox iddialı danışdı (FOTO)

Mədəniyyət Materials 12 May 2011 17:17 (UTC +04:00)
Azərbaycanın populyar estrada müğənnisi Xəyyam Nisanov bu gün KİV nümayəndələrinə özünün yeni "Tı daleko" adlı albomunu təqdim etdi. Trend Xəbərlər Şirkətinin Mətbuat Mərkəzində baş tutan təqdimat mərasimində jurnalistlərin qarşısına musiqi prodüseri, tanınmış bəstəkar, tele-aparıcı və şoumen Murad Arif ilə birlikdə çıxan Xəyyam çox iddialı danışdı.
Müğənni Xəyyam Nisanov yeni albomu ilə çox iddialı danışdı (FOTO)

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir Ş.Cavadsoy/

Azərbaycanın populyar estrada müğənnisi Xəyyam Nisanov bu gün KİV nümayəndələrinə özünün yeni "Tı daleko" adlı albomunu təqdim etdi. Trend Xəbərlər Şirkətinin Mətbuat Mərkəzində baş tutan təqdimat mərasimində jurnalistlərin qarşısına musiqi prodüseri, tanınmış bəstəkar, tele-aparıcı və şoumen Murad Arif ilə birlikdə çıxan Xəyyam çox iddialı danışdı.

"Albomda tanınmış bəstəkarlar Vaqif Gərayzadə, Elçin İmanov və Sergey Kolisniçenkonun, eləcə də digər musiqiçilərin yazmış olduğu 16 mahnı yer alıb. Albomum məxsusi olaraq rusdilli publika üçün hazırlanıb. Paralel olaraq Rusiyada da satışa çıxarılıb və 2000-dən çox nüsxəsi artıq satılıb. Gəliri də yaxşıdır. Qazancımız da var", - Xəyyam Nisanov belə dedi.

"Tı daleko"ya daxil edilmiş mahnılar "Bakı şansonu" janrındadır. Müğənninin diskoqrafiyasında sayca 3-cü albomdur. Mətbuat konfransında Trend-in sualını cavablanıran Murad Arif bildirdi ki, birgə çalışdığı müğənni sentyabra qədər sırf Azərbaycan pop-musiqisindən ibarət olacaq yeni albomunun hazırlıqlarına başlayacaq. "Xəyyamla birgə çalışmaq mənə xoşdur. Şadam ki, birgə əməkdaşlığımızın müsbət nəticələrindən danışmaqdan ötrü media qarşısına çıxanda boş-boşuna vədlər vermirik. İnşallah, bütün yay mövsümü boyunca səsyazma studiyasında mahnılar yazdırıb, növbəti albomun tədarükünü görəcəyik", - Murad Arif dedi.

Musiqi prodüseri daha sonra jurnalistlərə Türkiyənin çox tanınmış dj-lərindən biri olan Suat Ateşdağlının satışa çıxardığı "Bosphorus night" ("Bosfor gecəsi") musiqi toplusunun dördüncü buraxılışında təqdirəlayiq addım atmasından danışdı. Populyar türk, eləcə də digər dövlətlərin estrada ulduzlarının mahnılarının və ən əsası dj-in öz remikslərinin toplandığı albomun ilk mahnısı populyar Azərbaycan müğənnisi Xəyyam Nisanovun ifasında səslənən "İstanbul" hitidir. Daha ətraflı Trend-in bu linkindən oxuya bilərsiniz: http://az.trend.az/news/mvsb/1873950.html

"Dəyirmi masa"nı xatırladan diskussiyalı mətbuat konfransında Xəyyam Rusiya və Türkiyə şou-bizneslərində əlaqələrini genişləndirməsi ilə bağlı fikirlər də səsləndirdi. Müğənninin dediklərindən məlum oldu ki, o, yaxın günlərdə adıçəkilən mahnının sədaları altında müxtəlif Turkiyə tele-kanallarının efirlərində şou-proqramlara qatılıb, İstanbul şəhərində sevilən hitinin daha geniş təqdimatını edəcək.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti