...

Azərbaycan və Çinin Mədəniyyət nazirlikləri arasında əməkdaşlığa dair sənəd imzalanıb

Mədəniyyət Materials 25 May 2011 16:00 (UTC +04:00)
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə Çinin Mədəniyyət Nazirliyi arasında 2011-2015-ci illər üçün mədəniyyət sahəsində əməkdaşlıq haqqında protokol imzalanıb.
Azərbaycan və Çinin Mədəniyyət nazirlikləri arasında əməkdaşlığa dair sənəd imzalanıb

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə Çinin Mədəniyyət Nazirliyi arasında 2011-2015-ci illər üçün mədəniyyət sahəsində əməkdaşlıq haqqında protokol imzalanıb.

Mədəniyyət və Turizm Nazirliyindən çərşənbə günü Trend-ə verilən məlumata görə, Çində keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Çinin mədəniyyət naziri Çay Vu (Chai Wu) ilə görüşən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iki ölkə arasında əməkdaşlığın daha da güclənməsi üçün həmkarını ölkəmizə səfər etməyə dəvət edib.

Qarayev eyni zamanda 2012-ci ildə Azərbaycanda Çin Mədəniyyət Günlərinin təşkil olunmasını təklif edib.

O, bununla bağlı ilkin tədbirlər planının hazırlanması və mədəniyyət sahəsi üzrə işçi qrupunun yaradılmasının zəruriliyini vurğulayıb.

Görüş zamanı tərəflər muzey, abidə və kitabxanalar sahəsində ikitərəfli əlaqələrin, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.

Bu ilin 23-27 may tarixlərində Çində Azərbaycan Mədəniyyət Günləri keçirilir. Tədbirlərdə Azərbaycanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Xəbər lenti

Xəbər lenti