...

Xalq artisti Səyavuş Aslanın oğlu aktyor barəsində yayılan ölüm xəbərlərindən danışdı

Mədəniyyət Materials 25 May 2011 17:32 (UTC +04:00)
Aylar öncə Azərbaycanın xalq artisti, Akademik Milli Dram Teatrının qocaman aktyoru Səyavuş Aslanın səhhətində yaranmış narahatlıqlar geridə qalsa da, səhnə ustadının haqqında ölüm xəbərləri səngimək bilmir. Yayılan şayiələrdən ən inandırıcısı həkimlərin konkret diaqnozu ilə bağlıdır. İddialara görə, Səyavuş müəllimin ömrünün sonuna bir neçə həftə qalıb və o, həkimlərin nəzarəti altında ev şəraitində müalicəsini davam etdirir
Xalq artisti Səyavuş Aslanın oğlu aktyor barəsində yayılan ölüm xəbərlərindən danışdı

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir Ş.Cavadsoy/

Aylar öncə Azərbaycanın xalq artisti, Akademik Milli Dram Teatrının qocaman aktyoru Səyavuş Aslanın səhhətində yaranmış narahatlıqlar geridə qalsa da, səhnə ustadının haqqında ölüm xəbərləri səngimək bilmir. Yayılan şayiələrdən ən inandırıcısı həkimlərin konkret diaqnozu ilə bağlıdır. İddialara görə, Səyavuş müəllimin ömrünün sonuna bir neçə həftə qalıb və o, həkimlərin nəzarəti altında ev şəraitində müalicəsini davam etdirir.

Trend-ə açıqlamasında xalq artistinin oğlu Eldar Aslan aktyor barəsində yayılan ölüm xəbərlərini tamamilə inkar etdi."Səyavuş müəllimin səhhəti normaldır. Bəli, ev şəraitində dincələrək istirahət edir. Yataq xəstəsi deyil, əksinə, tez-tez dənizkənarı bulvara gəzintiyə çıxır, oradakı dost-tanışları ilə görüşüb asudə vaxtını keçirir. Həkimlərin ömrünün sonu ilə bağlı konkret vaxt qoyması isə absurddur. Ümumiyyətlə, elə söhbət yoxdur, hamısı boş-boş şayiələrdir. Bircə onu deyə bilərəm ki, 6 ay bundan əvvəl dövlətin nəzarətində olan klinikaların birində kardioloji müalicə almışdı. Və səhhətindəki narahatlıqlar aradan qalxmışdı. Mən atamı çox istəyirəm, o mənim üçün ən əziz insandır, ona Allahdan daha sağlam ömür və gözəl günlər yaşamasını arzulayıram. Şayiə yayan insanları isə doğru olmayan məlumatları yaymamağa çağırıram", - Eldar Aslan dedi.

Aktyorun oğlu bu tip informasiyaların nə səbəbdən yayılmasına da aydınlıq gətirdi. "Yalan xəbərlərin dildən-dilə dolaşması ona dəlalət edir ki, yüz minlərlə pərəstişkarı həqiqətən də Səyavuş Aslanı çox sevir və səhhətinə görə nigarandırlar. O , xalqının sevimli aktyoru və Azərbaycanın dahi və əvəzsiz şəxsiyyətidir ", - E.Aslan əlavə etdi .

Xəbər lenti

Xəbər lenti