...

Nəhs gündə müğənni Elnur Məmmədovun toyunda nələr baş verəcək? (FOTO)

Mədəniyyət Materials 11 İyun 2011 14:38 (UTC +04:00)
Gələn həftənin birinci günü - iyunun 13-də subaylığa əlvida deyib, özünə toy edəcək populyar Azərbaycan estrada müğənnisi Elnur Məmmədovun toyunun bəzi detalları barədə məlumatları Sizə təqdim edirik.
Nəhs gündə müğənni Elnur Məmmədovun toyunda nələr baş verəcək? (FOTO)

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir Ş.Cavadsoy/

Gələn həftənin birinci günü - iyunun 13-də subaylığa əlvida deyib, özünə toy edəcək populyar Azərbaycan estrada müğənnisi Elnur Məmmədovun toyunun bəzi detalları barədə məlumatları Sizə təqdim edirik. Özünü illərdən bəri medianın dostu kimi təqdim edən müğənni nədənsə digər populyar həmkarları kimi addım atıb, ən xoş gününün jurnalistlər tərəfindən işıqlandırılmasına maneçilik yaradacaq. Bunun üçün o, özəl mühafizə xidmətinin əməkdaşlarını da səfərbər eçdəcək. Toya kimin aparıcılıq edəcəyi isə hələ ki, sual altındadır. Elnurun yaxın ətrafından sızan məlumata görə, hazırda şoumenlər - Murad Dadaşov və Nəsib Nur arasında seçim edilir. Məlumat üçün bildirək ki, dost-doğma dayısı qızı ilə evlənəcək Məmmədov həyat yoldaşı olacaq xanım üçün gəlin paltarını Fransadan sifariş etdirib. Öz istəyini nəzərə alıb nişanlısının adını açıqlamağı lazım bilmirik.

Nəhs günün ağırlığını ağlının ucundan belə keçirməyən müğənninin toyuna demək olar ki, yerli sənət və şou-biznes dünyasının ən tanınmış simaları qonaq qismində qatılacaqlar. Bu sırada xalq artistləri Alim Qasımov, Brilliant Dadaşova, Zülfiyyə Xanbabayeva, əməkdar incəsənət xadimi, rejissor Arif Qazıyev və ən başlıcası Elnur Məmmədovu müğənni kimi kəşf edən bəstəkar Vaqif Gərayzadə, eləcə də başqalarının adlarını çəkmək olar. Uzun illərdən bəri qardaş Türkiyədə yaşayıb fəaliyyət göstən model Günay Musayeva da məxsusi olaraq həmin toyda iştirak etmək üçün Bakıya gələcək.

Toyda iştirak etməyəcək iki xanım müğənninin də adını dəqiqləşdirə bildik. Biri Elnurla düşmən münasibətlərində olan Röya Ayxan, digəri isə "Türkvision-2011"də Azərbaycan adından səhnəyə çıxacaq Məmmədovun yaxın dostu Natavan Həbibidir. Röyanın məclisə qatılmaması məlum məsələdir, ancaq Natavan toya qatıla bilməyəcəyi üçün çox pərişandır.

Qohumların çoxluq təşkil edəcəyi toyda əsas müğənni kimi səbəbkarın bir vaxtlar çiyin-çiyinə çalışdığı və indi Rüstəm Zeynallının rəhbərlik etdiyi "Şeron" qrupunun olacağı da söylənilir. Toy üçün xüsusi ssenari də yazılıb, cütlüyün sevgi dünyalarından bəhs edən maraqlı mini-filmdə hazırlanıb.

Əldə etdiyimiz ən son məlumata görə toydan iki gün sonra müğənni və onun gələcək həyat yoldaşı Türkiyənin kurort şəhərlərinin birinə bir neçə günlük bal ayına da yollanacaqlar. Allah xoşbəxt eləsin!

Xəbər lenti

Xəbər lenti