...

Hamilə olduğu deyilən müğənni "mehriban düşmən"lərini hədələdi

Mədəniyyət Materials 22 İyun 2011 14:10 (UTC +04:00)
Müğənni Nazənin Salayevanın iki aylıq hamilə olmasıyla bağlı yayılan xəbərlər mətbuatda əsl rezonansa səbəb olub. Şaiyələrə son nöqtəni qoymaqdan ötrü Trend-ə danışmaqda maraqlı olan Nazənin artıq iki gündür haqqında yazılan yalan məlumatların araşdırıldığını söylədi
Hamilə olduğu deyilən müğənni "mehriban düşmən"lərini hədələdi

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir Ş.Cavadsoy/

Müğənni Nazənin Salayevanın iki aylıq hamilə olmasıyla bağlı yayılan xəbərlər mətbuatda əsl rezonansa səbəb olub. Şaiyələrə son nöqtəni qoymaqdan ötrü Trend-ə danışmaqda maraqlı olan Nazənin artıq iki gündür haqqında yazılan yalan məlumatların araşdırıldığını söylədi.

"Bu vaxta qədər heç kim ona pislik etdiyimi deyə bilməz. Amma deyəsən, sonuncu yalan və yersiz xəbərləri yayanları ciddi şəkildə cəzalandıracağam. Artıq şəxsi vəkilim bu işlə məşğul olur və məhkəməyə müraciət etmək üçün lazım olan sənədləri toplayır. Yalançı hamiləlik xəbərini kim yaya bilər? İndi bunu araşdırmaqla məşğuluq. Təxmini bir neçə nəfərdən şübhələnirəm. Hələ dəqiqləşmədiyi üçün ad çəkmirəm. Görüşəndə üzümə gülüb, arxamca danışanlardan bir neçəsi olacaq yəqin. Özlərini Nazəninin uğurlarına sevinən kimi göstərənlər cəzasız qalmayacaqlar. Bunları söz xatirinə demirəm. Qısa zaman ərzində "mehriban düşmən"lərimin kimliyini mətbuata da açıqlayacağam", - Nazənin dedi.

Danışdıqca əsəbiləşən müğənni ötən il ailə həyatı quran və indi xoşbəxt evlilik yaşayan oğlunun boşanması ilə bağlı yayılan informasiyaları da təkzib etdi. "Mənə ünvanlanmış "qara piar"ın başında hər kim durubsa, çox peşəkarlıqla uydurduğu yalanları mediaa ötürür. Oğlumun şəxsi həyatına qarışmağa nə lüzum var? Allah bütün övladları saxlasın, mənim də iki balamı onlardan ayırmasın. Həm qızım, həm də oğlum xoşbəxt evlilik həyatı yaşayırlar. Niyə görə doğmalarımın adlarını çirkin söz-söhbətlərə qatırlar. Oxuculara üzümü tutub deyirəm ki, nə oğlum boşanıb, nə də mən hamiləyəm. Dediyim kimi, illərdən bəri tanımadığım gizli bədxahlarımı mütləq aşkara çıxarcağam. Və məhkəmənin qərarı ilə qarşılarına şərt qoyacağam ki, yalan xəbərləri yoxlamadan yayan jurnalistlərə təkrar müraciət edib, səhv etdiklərini pərəstişkarlarıma çatdırsınlar. Mən bunu edəcəyəm!" - Salayeva əlavə etdi.

Xəbər lenti

Xəbər lenti