...

Türkiyəli müğənni Hayfidən 100 faizlik drayv (FOTO)

Mədəniyyət Materials 28 İyun 2011 20:23 (UTC +04:00)
Dəfələrlə yaxın dostlarının xeyir işlərində, şad günlərində şəhərimizə qonaq gələn Hayfi, yetərincə pərəstişkar sevgisi ilə də əhatə olunub.
Türkiyəli müğənni Hayfidən 100 faizlik drayv (FOTO)

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir Ş.Cavadsoy/

Şoumen, tele-aparıcı və rejissor Sərxan Kərəmoğlunun dünən oğlu Kərəmin universitetə qəbul olması, eləcə də ad günü münasibətilə keçirdiyi təmtəraqlı məclisdən hazırladığımız reportajda vurğulamışdıq ki, Türkiyə şou-biznesində fəaliyyət göstərən müğənni Hayfi səhnədə əsl şou nümayiş etdirdi. Xəbəriniz olsun ki, bu, komplekssiz müğənninin Bakıya ilk gəlişi deyil. Dəfələrlə yaxın dostlarının xeyir işlərində, şad günlərində şəhərimizə qonaq gələn Hayfi, yetərincə pərəstişkar sevgisi ilə də əhatə olunub. Dünən səhnədə çıxışı zaman bunun həqiqət olduğunu özlüyümüzdə təsdiqlədik.

İfası ilə qonaqların əhvalında 100 faizlik drayv yaradan sənətçi, Trend-ə açıqlamasında azərbaycanlıları çox sevdiyini və hər gəlişində özünü sanki Türkiyənin başqa şəhərinə səfər edirmiş kimi hiss etdiyini söylədi. Bircə narahatçılığı Bakıda da onu türk həmkarı Fatih Ürəklə bənzədənlərin sayının çox olmasıdır. "Məni Fatihə oxşadanların fikirlərini qəbul edə bilmirəm. Mənə elə gəlir ki, biz başqa-başqa insanlarıq. Həm repertuar, həm də xarici görkəmimlə ondan çox fərqliyəm. Həm də axı Hayfi olaraq çox gəncəm", - müğənni belə dedi.

Atmacalı sözlərinin Fatih Ürəyin qulağına nə dərəcə çatacağını deyə bilməsək də, iddialı müğənninin marağınıza səbəb olacaq fotolarını diqqətinizə çatdırırıq.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti