...

Bəstəkar Gövhər Həsənzadə müğənni İradə İbrahimova üçün yeni mahnı yazıb

Mədəniyyət Materials 21 İyul 2011 14:33 (UTC +04:00)
Yaradıcı əməkdaş lıqlarında müəyyən fasilələr yaransa da, Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar Gövhər Həsənzadə ilə populyar estrada müğənnisi İradə İbrahimova neçə ildir qarşılıqlı dost münasibətlərini qoruyub-saxlaya biliblər. Məhz bu dostluğun nəticəsidir ki, Gövhər xanım İradə üçün daha bir hit mahnı bəstələyib və onu sözün həqiqi mənasında ilhama gətirib. Bu barədə Trend-ə bəstəkarın piar-meneceri Ceyran Nəriman məlumat verdi.
Bəstəkar Gövhər Həsənzadə müğənni İradə İbrahimova üçün yeni mahnı yazıb

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir Ş.Cavadsoy/

Yaradıcı əməkdaş lıqlarında müəyyən fasilələr yaransa da, Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar Gövhər Həsənzadə ilə populyar estrada müğənnisi İradə İbrahimova neçə ildir qarşılıqlı dost münasibətlərini qoruyub-saxlaya biliblər. Məhz bu dostluğun nəticəsidir ki, Gövhər xanım İradə üçün daha bir hit mahnı bəstələyib və onu sözün həqiqi mənasında ilhama gətirib. Bu barədə Trend-ə bəstəkarın piar-meneceri Ceyran Nəriman məlumat verdi.

"Aranjimanı Yaşar Baxışa, sözləri Fərhad Şabranlıya aid olan "Qəlbimdəsən" mahnısı tezliklə dinləyicilərə təqdim olunacaq. Hətta çox qısa zamanda mahnıya klip çəkilməsi də planlaşdırılıb. Çəkilişin İstanbulda yoxsa, Bakıda gerçəkləşəcəyi sual altında olsa da, növbəti mahnının Türkiyədə lentə alınması artıq qəti qərardır. Söhbət Gövhər Həsənzadənin İradə İbrahimova ilə növbəti layihəsi olacaq "Saf sevgi" mahnısından gedir. Ruslan Əliyevin sözlərinə yazılan mahnı tanınmış türk orkestrinin müşayiəti ilə lentə alınacaq və qardaş ölkədə də aranjiman olunacaq. Mahnının mətni Gövhər xanımın illərdən bəri əməkdaşlıq etdiyi tanınmış türk şairəsi Ayşe Yilmaz Birgül tərəfindən türk dilinə çevriləcək", - Ceyran Nəriman dedi.

Bəstəkar və müğənninin növbəti birgə fəaliyyətləri isə musiqi toplusu ilə bağlı olacaq. Albomun bütünlüklə İstanbulda hazırlanması nəzərdə tutulub. Piar-menecerin sözlərinə görə, yay boyunca günlərini studiyada keçirəcək rəfiqələr yeniliklər barəsində media mənsublarını daha yaxından tanış edəcəklər.

Xəbər lenti

Xəbər lenti