...

Müğənni Röya Ayxan Bakını tərk edir

Mədəniyyət Materials 8 Avqust 2011 18:05 (UTC +04:00)
Populyar estrada müğənnisi Röya Ayxan növbəti dəfə Bakını tərk etmək qərarına gəlib
Müğənni Röya Ayxan Bakını tərk edir

Azərbaycan, Bakı, 8 avqust /Trend, müxbir Ş.Cavadsoy/

Populyar estrada müğənnisi Röya Ayxan növbəti dəfə Bakını tərk etmək qərarına gəlib. Son vaxtlar yaradıcılığındakı yenilikləri qardaş Türkiyədə gerçəkləşdirməyi qarşısına məqsəd qoyan müğənni bu saatlarda Bakı-İstanbul təyyarə reysi ilə İstanbula yola düşəcək. Trend-ə danışan Röya Ayxanın prodüseri Kənan Bayramov görüləcək işlərin çox olduğunu gizlətmədi: "Solğun günlər" mahnısına tanınmış türkiyəli rejissor Yüksəl klip çəkdi və hazırda montaj prosessi gedir. İndi isə məqsədimiz "Sən və mən" adlı mahnını ekranlaşdırmaqdır. Bütün bunlarla yanaşı, yeni albomun eskizini də hazırlamışıq. Ümid edirik ki, təkliflərimizə müsbət cavab veriləcək. Türkiyənin səsyazma studiyalarının birində Röyanın yeni albomunu yüksək səviyyədə hazırlada biləcəyik".

Kənan çalışdığı müğənni ilə birgə İstanbula səfər edəcəyini söyləsə də, Azərbaycana konkret nə zaman qayıdacaqlarını açıqlamaq istəmədi.

Xəbər lenti

Xəbər lenti