...

Azərbaycanlı müğənninin gizli xristianlığı və üzləşdiyi sərt təpki

Mədəniyyət Materials 8 Avqust 2011 18:40 (UTC +04:00)
Danimarkada yaşayan azərbaycanlı müğənni Ziyafət Jozefin (Yaqubova) islam dinindən imtina edib xristianlığı qəbul etməsi yerli mediada hələ də ən çox müzakirə olunan mövzulardandır.
Azərbaycanlı müğənninin gizli xristianlığı və üzləşdiyi sərt təpki

Azərbaycan, Bakı, 8 avqust /Trend, müxbir Ş.Cavadsoy/

Danimarkada yaşayan azərbaycanlı müğənni Ziyafət Jozefin (Yaqubova) islam dinindən imtina edib xristianlığı qəbul etməsi yerli mediada hələ də ən çox müzakirə olunan mövzulardandır. Trend-in məlumatına görə, müğənni Facebook sosial şəbəkəsində dinini dəyişdiyinə görə onu tənqid edənlərə belə cavab yazıb: "Hər kəsə təşəkkür və sevgilərimi bildirirəm. İsa Məsih Allahın göndərdiyi peyğəmbərdir. Allah Sizə ağıl və dünya görüşü versin. İsa Məsihə hücum edib tutanda onun tələbələrindən biri digərinin qulağını kəsir. Fimdə də əks olunan o səhnəyə baxın. Mən İsaya aşiqəm. İsanı danan Allahı danar. Ondan bəhs edilən filmdə də İsa peyğəmbər deyir, muqəddəs kitabda da yazılıb - "siz məni sevdiyiniz uçun, çoxu sizə nifrət edecək".

İslam Universitetinin dekanı, ilahiyyatçı hacı Fuad Nurulla Trend-ə açıqlamasında dinini dəyişən Ziyafət Jozefin bu addımına çox maraqlı şərh verdi: "Əgər o müsəlman olsaydı, islamdan başqa bir dinə keçməzdi. Fikrimcə, o xanım islamı bilmədiyi üçün müəyyən təsirlərə düşüb. Dinimizdə buna mürtəd deyilir. Adının dəyişməsi isə elə də böyük önəm daşımır və sahib olduğu dini ifadə etmir. Ola bilsin ki, birinin adı Andreydir, dini müsəlmandır".

Söhbətimiz zamanı ilahiyyatçı alim Ziyafətə dəyərli məsləhətlər verməyi də lazım bildi: "İstənilən insan dini əqidə azadlığına sahibdir. O xanıma hidayət olsun deyə Allaha dua edirəm ki, düzgün yola istiqamətlənsin. Qöy öz həyatını məhv eləməsin. Bədbəxt olub getməsin. Zaman-zaman belə insanlar olub. Ancaq sonda peşmanlıq duyublar. Dua edirəm ki, haqq yolunu tez tapsın, peşman olsun və düzgün yola istiqamətlənsin. İslam həqiqətlərin cəm olduğu bir dindir. Hamınıza mübarək Ramazan ayının əziz günlərində xoşbəxtlik arzulayıram".

Xəbər lenti

Xəbər lenti