...

Röyanın oriyental şousuna hazır olun! (FOTO)

Mədəniyyət Materials 8 Sentyabr 2011 17:11 (UTC +04:00)
ATV-də yayımlanan "Ulduz oldun" verilişinin bu axşam yayımlanacaq buraxılışında qonaq olacaq estrada ulduzu Röya Ayxan, sona yaxın hamını təəccübləndirəcək.
Röyanın oriyental şousuna hazır olun! (FOTO)

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir Ş.Cavadsoy/

ATV-də yayımlanan "Ulduz oldun" verilişinin bu axşam yayımlanacaq buraxılışında qonaq olacaq estrada ulduzu Röya Ayxan, sona yaxın hamını təəccübləndirəcək.

Çəkilişlərdə iştirak etdiyimiz üçün studiyada baş verənlərin canlı şahidi olmuşduq. Belə ki, finalda sözləri Ülviyyə Alovlu, musiqisi Ramal İsrafilova məxsus "Röyayam" mahnısını ifa etdikdən sonra klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu və zərbçalan Vüqar müğənnini əhatəyə aldılar və musiqi sədaları altında çılğın müğənnini canlı ifaları ilə coşdurdular. İlk dəfə oriyental şousunu göstərməkdən çəkinməyən Röyanın daha hansı istedadlara sahib olduğunu bilmək istəyirsinizə, Nanə Ağamalıyevanın təqdimatında 8 sentyabr, gecə saat 23:00-da ATV-nin efirini mütləq izləyin.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti