...

Köhnə libaslarından əl çəkməyən müğənnilərin sayı artır (FOTO)

Mədəniyyət Materials 17 Sentyabr 2011 15:12 (UTC +04:00)
Köhnə libaslarından əl çəkməyən müğənnilərin sayı artır (FOTO)
Köhnə libaslarından əl çəkməyən müğənnilərin sayı artır (FOTO)

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir Ş.Cavadsoy/

Sizə tanınmış simaların köhnə səhnə libasları barədə fotolar təqdim etmişdik. Bugünlərdə təşkil olunan məclislərin birinə qarderobuna illərdən bəri yaraşıq verən yasəmən rəngli paltarında təşrif buyurması ilə əməkdar artist Mətanət İsgəndərli də siyahımıza düşməkdən özünü sığortalaya bilmədi. İki il bundan əvvəl tədbirə qatıldığı zaman ilk dəfə həmin libası onun əynində görmüşdük. Sonradan ardıcılıqla həm şou-biznes əhlinin toylarına, həm də konsertlərə qatıldığı zaman əməkdar artsti bu geyimdə görməyə adət etdik. Yəqin niyə sualı sizə də maraqsız gəlmir. Maddi vəziyyətinin yüksək olmaması, yoxsa həmin paltara olan sevgisi xanım İsgəndərlini eyni paltarı geyməyə məcbur edir? Əgər suallara aydınlıq gətirmək arzusunda olsa, Mətanət İsgəndərlini eşitməyə hazırıq.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti