Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir Ş.Cavadsoy/
"SA production"ın təşkilatçılığı ilə Yaşıl Teatrda konsert verəcək populyar türk ulduzu Kənan Doğulu bu gün keçirdiyi mətbuat konfrasında Azərbaycan jurnalistlərinin sevgisini gördüyü zaman heyrətləndi. İstər mətbuat konfransında ünvanlanan suallar, istərsə də jurnalistlərin tədbirdən sonra şəkil çəkdirmək üçün yaratdıqları növbə Kənanda özünə əminliyi daha da artırdı.
Trend-ə açıqlamasında türk mediası ilə bizi müqayisə edən ulduz bunları söylədi: "Çox mehriban və istiqanlısınız. Fərqiniz odur ki, siz sənətçilərə daha isti münasibət göstərirsiniz. Bəlkə də qonaq gəlmişəm deyə məni bu cür qarşıladınız. Amma yenə də sizin jurnalistlərinizə aşiq oldum".
Salonu tərk edən sonuncu media mənsubu ilə şəkil çəkdirməkdən imtina etməyən müğənni sonda hamılıqla onları konsertinə dəvət etdi.
Foto: Şahin Cavadsoy