...

Brilliant Dadaşova sevgi və brilyant qaşı haqqında nostalji hisslərini əbədiləşdirdi (FOTO)

Mədəniyyət Materials 25 Oktyabr 2011 18:00 (UTC +04:00)
Brilliant Dadaşova sözləri Fikrət Qocaya, musiqisi Fuad Qədimova məxsus olan "Dalğalar" mahnısına çəkdirdiyi klipini KİV-ə təqdim etdi.
Brilliant Dadaşova sevgi və brilyant qaşı haqqında nostalji hisslərini əbədiləşdirdi (FOTO)

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir Ş.Cavadsoy/

Azərbaycanın xalq artisti, tanınmış estrada müğənnisi Brilliant Dadaşova sözləri Fikrət Qocaya, musiqisi Fuad Qədimova məxsus olan "Dalğalar" mahnısına çəkdirdiyi klipini KİV-ə təqdim etdi. Təqdimat mərasimləri keçirməyi sevməyən müğənni sırf peşəkar komanda ilə uğurlu iş ərsəyə gətirdikləri üçün hesabat verməyi özünə borc bildiyini gizlətmədi.

Trend-ə açıqlamasında pərəstişkarlarına səslənən müğənni həmişə olduğu kimi, yenə də təvazökarlıq nümayiş etdirdi. "Nə vaxtsa özümü tərifləyib gördüyüm işlərlə həmkarlarım qarşısında öyünməyim yadıma gəlmir. İllərdir cığırımı yaradıb öz dəsti-xəttimlə yaradıcılıq işlərimi davam etdirirəm. Mənim üçün vacib olan nəticədir. "Dalğalar" klipinə quruluş vermiş Emin Mirabdullayevin işindən çox razı qaldım. Bitib-tükənməyən sevgi və brilyant qaşı haqqında nostalji hisslərin romantik tarixini tamaşaçıya göstərməyə çalışdıq. Ümidvaram ki, istəyimizə nail olduq", - Brilliant Dadaşova belə dedi.

Öz növbəsində, Emin Mirabdullayev də xanım Dadaşova ilə əməkdaşlıqdan zövq aldığını bildirib onun peşəkar aktrisa bacarığına heyran olduğunu söylədi.

Mətbuat konfransında yetərincə müsbət fikirlər səsləndi. Tədbir iştirakçıları iki azyaşlı uşaqla tərəf müqabili olmuş xalq artistini növbəti uğura imza atması münasibətilə təbrik etməkdən ötrü bir-biriləri ilə yarışdılar.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti