Azərbaycan, Bakı, 22 fevral /Trend/
Bu gün Türkiyənin "Eurovision 2012" mahnısı təqdim ediləcək.
Trend-in çərşənbə günü müsabiqənin rəsmi saytına istinadən yaydığı məlumata görə, Türkiyə təmsilçisi Can Bonomo may ayında "Eurovision" səhnəsində ifa edəcəyi mahnını bu gün təqdim edəcək. Bu proqramda Can Bonomo repertuarından digər mahnıları da səsləndirəcək.
30 dəqiqəlik xüsusi proqram saat 21:30-da (Bakı vaxtı ilə) TRT 1 və TRT Müzik kanalları, eləcə də eurovision.tv ilə canlı yayımlanacaq.
Təqdimat mərasimində Azərbaycan nümayəndə heyətinin rəhbəri Hüsniyə Məhərrəmova da iştirak edəcək.
Xatırladaq ki, Türkiyə mayın 24-də "Eurovision 2012" mahnı müsabiqəsinin ikinci yarımfinalda çıxış edəcək.