...

Nigar Camalın "Eurovision 2012" ərəfəsində yeni musiqi albomu hazırlanır

Mədəniyyət Materials 2 Mart 2012 20:40 (UTC +04:00)
Nigar Camalın "Eurovision 2012" ərəfəsində yeni musiqi albomu hazırlanır.
Nigar Camalın "Eurovision 2012" ərəfəsində yeni musiqi albomu hazırlanır

Azərbaycan, Bakı, 2 mart /Trend/

Nigar Camalın "Eurovision 2012" ərəfəsində yeni musiqi albomu hazırlanır.

Trend-in cümə günü müsabiqənin rəsmi saytına istinadən yaydığı məlumata görə, solo albomu üzərində işləyən Nigar Camal 7 mahnısını danimarkalı bəstəkara həvalə edib. Bunu Bo Larsen (Boe Larsen) Danimarka televiziyasına müsahibəsində deyib. O, Eurovision 2011-in qaliblərindən Nigarla əməkdaşlığından məmnunluq hisslərini dilə gətirib.

"Mənim üçün vacib olan gözəl musiqi yaratmaqdır. Albomun təqdimatı Azərbaycandakı "Eurovision" mahnı müsabiqəsi ərəfəsinə təsadüf edəcək. Bu isə onun auditoriyasının daha da genişlənəcəyinə işarədir", - Larsen deyib.

Nigar Camalın "Universe" mahnısına klip çəkilişləri ilə əlaqədar mart ayında Danimarkaya səfəri nəzərdə tutulur. Bo Larsen Skandinaviya musiqisinə xas təmiz və aydın səslərin Nigar Camalın ifa üslubuna uyğun olduğunu da deyib. O, bu əməkdaşlığı "Eurovision" mahnı müsabiqəsinin növbəti uğurlu nəticəsi kimi qiymətləndirib.

Qeyd edək ki, danimarkalı bəstəkar Bo Larsen hazırda Nigar Camalın klip çəkilişlərini apardığı "Can't let you go" mahnısının müəlliflərindən biridir.

Xəbər lenti

Xəbər lenti