...

Rafet El Roman: Bakı insanlarının istiqanlılığı, səmimiliyi ilə seçilir

Mədəniyyət Materials 10 Mart 2012 13:27 (UTC +04:00)
Türkiyənin tanınmış müğənnisi Rafet El Roman Bakıda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsi ilə bağlı təəssüratlarını bölüşüb.
Rafet El Roman: Bakı insanlarının istiqanlılığı, səmimiliyi ilə seçilir

Azərbaycan, Bakı, 10 mart /Trend/

Türkiyənin tanınmış müğənnisi Rafet El Roman Bakıda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsi ilə bağlı təəssüratlarını bölüşüb.

Trend müsabiqənin rəsmi saytına istinadən məlumat verir ki, müğənni Bakının bu nüfuzlu müsabiqəyə çox ciddi hazırlaşdığının şahidi olduğunu deyib.

"Eurovision 2012"-nin keçiriləcəyi arenanın ətrafında da gəzdik. Qısa müddət ərzində görülən işlər məni təəccübləndirdi. Bakı kiçik, amma dünyada sürətlə böyüyən şəhərlərdəndir. İnsanlarının istiqanlılığı, səmimiyyəti ilə seçilir. May ayında minlərlə insanın bu şəhərdən zövq alacağına, unudulmaz xatirələr yaşayacaqlarına əminəm", - Rafet El Roman bildirib.

Azərbaycanı ikinci vətəni adlandıran türkiyəli sənətçi bu baxımdan çox şanslı olduğunu deyib.

Mayın 26-da konserti nəzərdə tutulduğu üçün Bakıya gələ bilməyəcəyini deyən Rafet El Roman həmin gün qəlbinin hər zamankı kimi Azərbaycanın yanında olacağını bildirib.

"İnşallah bu il birinciliyi Türkiyə qazanar və biz də səhnədə Azərbaycanla Türkiyə bayraqlarını bərabər dalğalandırarıq", - o deyib.

Xəbər lenti

Xəbər lenti