...

Moldovanın "Eurovision 2012" təmsilçisi seçilib

Mədəniyyət Materials 12 Mart 2012 16:27 (UTC +04:00)
Moldovanın milli finalında 2012-ci ildə ölkəni "Eurovision" mahnı müsabiqəsində təmsil etmək uğrunda 21 ifaçı yarışıb.
Moldovanın "Eurovision 2012" təmsilçisi seçilib

Azərbaycan, Bakı, 12 mart /Trend/

Moldovanın milli finalında 2012-ci ildə ölkəni "Eurovision" mahnı müsabiqəsində təmsil etmək uğrunda 21 ifaçı yarışıb.

Trend-in müsabiqənin rəsmi saytına istinadən yaydığı məlumata görə, "O melodie pentru Europa" adlı şounun iştirakçıları müxtəlif janrlarda mahnılar səsləndiriblər. Münsiflər heyəti və tamaşaçıların rəyi əsasında Moldovanı 57-ci "Eurovision" mahnı müsabiqəsində Paşa Parfeni "Lăutar" mahnısı ilə təmsil edəcək.

Qeyd edək ki, 26 yaşlı müğənni həm də bir sıra uğurlu mahnıların bəstəkarı kimi tanınır. O, 2009 və 2010-cu illərdə də Moldovanın milli finalının iştirakçısı olub. Moldova təmsilçisi Natalia Barbunun "Eurovision 2007"-də ifa etdiyi "Fight" mahnısının müəllifidir.

Xəbər lenti

Xəbər lenti