...

Gürcüstan Aşıqlarının III Qurultayı keçiriləcək

Mədəniyyət Materials 16 Mart 2012 14:41 (UTC +04:00)
Martın 19-da M.Tumanişvili adına Tbilisi Teatrında Gürcüstan Aşıqlarının III Qurultayı keçiriləcək.
Gürcüstan Aşıqlarının III Qurultayı keçiriləcək

Azərbaycan, Bakı, 16 mart / Trend müxbir K.Zərbalıyeva/

Martın 19-da M.Tumanişvili adına Tbilisi Teatrında Gürcüstan Aşıqlarının III Qurultayı keçiriləcək.

Qurultayın Təşkilat Komitəsindən Trend-ə verilən məlumata görə, Qurultay Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (Marneuli) təşkilatçılığı, Azərbaycanın Gürcüstandakı Səfirliyinin və Kvemo-Kartli Quberniyasının dəstəyi ilə keçiriləcək.

Xatırladaq ki, Aşıqların I Qurultayı 1927-ci ildə Gürcüstanın Bolnisi rayonunda, II Qurultayı isə 2002-ci ildə Tbilisi şəhərində keçirilib.

Qurultayda son 10 ildə görülən işlərin hesabatı dinlənəcək. Aşıqlar Birliyinin yeni idarə heyəti seçiləcək və onun gələcək perspektivləri müəyyən ediləcək.

Qurultayın işində Gürcüstanın və Azərbaycanın dövlət rəsmiləri, xarici ölkələrin Gürcüstandakı diplomatik korpuslarının nümayəndələri, incəsənət xadimləri, ziyalılar, ictimayyət və KİV nümayəndələrinin iştirakı gözlənilir.

Xəbər lenti

Xəbər lenti