...

Niderlandın "Eurovision 2012" təmsilçisi Azərbaycan mətbəxi ilə tanış olub

Mədəniyyət Materials 3 Aprel 2012 17:03 (UTC +04:00)
Niderlandın "Eurovision 2012" təmsilçisi, əslən türk olan Joan Franka ad günündə qeyri-adi sürprizlə qarşılaşıb.
Niderlandın "Eurovision 2012" təmsilçisi Azərbaycan mətbəxi ilə tanış olub

Azərbaycan, Bakı, 3 aprel /Trend/

Niderlandın "Eurovision 2012" təmsilçisi, əslən türk olan Joan Franka ad günündə qeyri-adi sürprizlə qarşılaşıb. Dostları tərəfindən onun şərəfinə əyləncəli axşam yeməyi təşkil olunub.

Trend eurovision.az saytına istinadən xəbər verir ki, Joan Frankaya əvvəlcə böyük bir tort təqdim edilib. Tortun üzərində Niderland təmsilçisinin milli final gecəsində hər kəsi təəccübləndirən kostyumunda fotosu olub.

Ad gününün əsas hədiyyəsi kimi müğənniyə Rotterdamdakı "Bakı" restoranına kupon verilib. Beləliklə, dostları Joan Frankaya Azərbaycana yola düşməzdən əvvəl ləzzətli mətbəximizlə tanışlıq fürsəti yaradıb.

Xəbər lenti

Xəbər lenti