...

"YARAT!" təşkilatı Bakıda Fərid Rəsulovun "Z.Tağıyevin papağı" layihəsini təqdim edib

Mədəniyyət Materials 13 Aprel 2012 20:00 (UTC +04:00)
Bakıda Dənizkənarı Milli Parkda, Abdulla Şaiq adında Dövlət Kukla Teatrının qarşısında rəssam Fərid Rəsulovun "Z.Tağıyevin papağı" layihəsinin təqdimatı olub.
"YARAT!" təşkilatı Bakıda Fərid Rəsulovun "Z.Tağıyevin papağı" layihəsini təqdim edib

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir V.İmanov/

Müasir Azərbaycan incəsənətinin inkişafı və təbliği ilə məşğul olan "YARAT!" qeyri-kommersiya təşkilatının təşkilatçılığı ilə cümə günü Bakıda Dənizkənarı Milli Parkda, Abdulla Şaiq adında Dövlət Kukla Teatrının qarşısında rəssam Fərid Rəsulovun "Z.Tağıyevin papağı" layihəsinin təqdimatı olub.

Trend-in məlumatına görə, "012 Baku Public Art Festival" çərçivəsində təşkil edilən tədbirdə tanınmış rəssamlar və ictimai xadimlər iştirak ediblər.

Rəssam tərəfindən təqdim edilən və Qafqaz kişiləri tərəfindən qoyulan kişi baş geyimi - papağı təqdim edən art-obyekt Qafqaz kişilərinin mərdliyini, şərəf və ləyaqətini simvolizə edir. Başqa sözlə, simvolik mənada o, insanın daxili təbiətini təmsil edir.

Lakin hazırkı əsərdə rəssam problemi radikallaşdırır. Məsələ ondadır ki, hazırda biz başına papaq qoyan kişi tapa bilmərik. Ola bilsin ki, tək-tük adam ola bilər, bu da şəhərdə deyil, əyalətlərdədir. Bir qayda olaraq, onlar ahıl yaşlı kişilər olurlar. Şəhərdə isə, xüsusilə də gənc nəslin nümayəndələri arasında daha "dəbli" papaqlar qoyulur. Necə deyərlər, simasız "çeçenka" adlanan üslubdan söhbət gedəndə, onları baş örtüyünün simvolikası haqqında fikirləşməyən bir çoxları qoyur.

Qoyun dərisindən hazırlanmış papaq qoyan kişilərə nadir hallarda rast gəlmək mümkündür. Onları yalnız kənd yerlərində yaşayan əvvəlki nəsillərin məhdud sayda kişiləri başlarına qoyurdu. Gənclər və bədii elita adətən son dəbə uyğun geyinirlər. Bir çoxları başlarına simasız "çeçenka"lar qoyur, lakin heç kim baş örtüyünün nə məna kəsb etdiyi haqqında fikirləşmir. Qafqaz kişilərinin qarderobundan qoyun dərisindən hazırlanmış papağın itməsi kişi xarakterinin və statusunun aşağı düşməsindənmi xəbər verir? Bu, dəblə bağlı deyil. Mədəni "brend" kimi papaq dəyişdirilmiş və bir çox retroelementlərə nisbətdə dəb sənayesində adətən olduğu kimi gözlənilməz yeni obrazda istehsal edilir. Biz bilərəkdən haradasa cəmiyyətdə kişi statusunun itməsi kimi şərh edilə biləcək papağı Qafqaz kişisinin "brendi" kimi başımıza qoymuruq. Qafqazdakı coğrafı regionda bu cür vəziyyət cəmiyyətdə kişi rolunun əhəmiyyətli dərəcədə dəyişilməsi kimi nəzərə alına bilər.

Rəssam konkret nəticə üzərində dayanmır. Belə ki, bu, kifayət qədər mübahisəli məsələdir. Yaşadığımız dünya 100 il bundan əvvəl mövcud olan dünyadan kəskin şəkildə fərqlənir. O sadəcə olaraq bizə araşdırma aparmadan sadə və yelbeyinlik (hətta lətifə) kimi görünə biləcək, lakin hazırkı cəmiyyətdə mövcud olan ciddi problem üzərində düşünməyi təklif edir.

1883-cü ilin oktyabr ayının əvvəlində çar III Aleksandr arvadı və iki oğlu ilə birgə, çoxlu sayda yüksək təbəqənin nümayəndələrinin müşayiəti ilə Tiflisdən Bakıya gəlir. Vağzal təntənəli mərasim üçün hazırlanıb: hər yerə xalça, çoxlu sayda gül-çiçək döşənib, divarlara bayraqlar asılıb, vağzalətrafı birmərtəbəli tikililərin hasarlarında, yastı damlarında bir-birindən bir neçə arşın məsafədə yerləşdirilmiş çıraqlar asılıb. Bir tərəfdə milyonçular, dvoryanlar, tacirlər, digər tərəfdə yüksəkrütbəli mülki və hərbi rəsmilər dayanıb. Əllərində hazır vəziyyətdə silah tutmuş əsgərlər divar layı kimi dayanıblar. Əhali arasından çarı qarşılamaq səlahiyyəti Hacı Zeynalabdin Tağıyevə verilir. Çarın gəldiyi qatar perronda dayanır. Qısa müddətdən sonra vaqonun qapısında hərbi mundirdə imperator görünür. Hamı papaqlarını çıxardır. Tağıyevdən başqa... Qubernator təkidlə onun qulağına nə isə söyləyir, lakin o buna fikir vermir. Şəhərin böyüyü qubernatorun, "şəhərin atası"nın əhatəsində Tağıyev çarı salamlamaq üçün yaxınlaşır. Çar onun papağına narazı şəkildə baxıb soruşur:
- Sən kimin təbəəsisən?
"Mən Əlahəzrətin təbəəsiyəm", - qubernator Tağıyevə pıçıldayır. Lakin Hacı Zeynalabdin öz bildiyi kimi cavab verir:
- Mən Rusiya imperiyasının təbəəsiyəm..
III Aleksandr vağzal yaxınlığındakı meydana gedir və çar karetasına minir (mənbə: Manaf Süleymanov, "Eşitdiklərim, oxuduqlarım, gördüklərim")

"012 Bakı Public Art Festival"da 21 tanınmış, həm də yeni fəaliyyətə başlayan rəssamlar iştirak edirlər. Onlar şəhərdə tarixi keçmişi olan bir sıra yerləri öz əsərlərində əks etdirirlər və onları qədim şəhərin ictimai yerlərində sərgiləyəcəklər. Martın 9-dan başlayaraq layihə 21 həftə müddətində davam edəcək. Layihə çərçivəsində hər cümə günü iştirakçı rəssamlardan biri müəllifə öz əsərlərini yaratmağa ilham verdiyi yerlərdə təqdim edəcək. Öz əsərlərini açıq şəkildə təqdim edən rəssamlar qalereyaların və muzeylərin yaratdığı məkan məhdudiyyətdən azad olmaqla özləri üçün yaradıcılıq sərbəstliyini təmin edir və geniş auditoriyanın diqqətini cəlb edəcəklər.

Aşağıda qeyd olunan iştirakçıların işləri sərgidə nümayiş olunub: Altay Sadıqzadə, Ağa Hüseynov, Fuad Salayev, Məmməd Mustafayev, Hüseyn Haqverdi, Mahmud Rüstəmov, Teymur Daimi, Niyaz Nəcəfov, Mehdi Məmmədov, Rəşad Ələkbərov, Əli Həsənov, Aida Mahmudova, Faiq Əhməd, Leyla Əliyeva, Fərid Rəsulov, Sitarə İbrahimova, Rəşad Babayev, Nail Ələkbərov, Orxan Hüseynov, Nəzrin Məmmədova, Şərqiyyə Rəhmanlı.

Festivalda iştirak edən rəssamların əksəriyyəti gənc nəslin nümayəndələridir və onlar yaşlı nəsillə birlikdə zəngin mədəni irslə əlaqəni qoruyaraq müasir Azərbaycan incəsənətinin inkişafı üçün çalışırlar. Bu, şəhər üzrə keçirilən festivalın bir hissəsi olaraq, tamaşaçıya sanki bu, rəssamın fərdi sərgisidir kimi hər bir rəssamın əsərini ayrılıqda qiymətləndirməyə imkan yaradacaq.

"012 Bakı Public Art Festival" çərçivəsində bir sıra mükafatlara layiq görülmüş gənc kinorejissor Rüfət Həsənov layihənin daxili həyatı və inkişafı haqqında sənədli film çəkəcək. Film "012 Bakı Public Art Festival"ın sentyabrda bağlanış mərasimində göstəriləcək.

2011-ci ildə Aida Mahmudova tərəfindən yaradılan "YARAT!" qeyri-kommersiya təşkilatı Azərbaycanın müasir incəsənətinin həm ölkəmizdə, həm də xaricdə peşəkar surətdə irəli çəkilməsi və inkişafı ilə məşğul olur.

Xəbər lenti

Xəbər lenti