...

Gənc bəstəkar “Payız”-dan “Bahar”-a keçdi

Mədəniyyət Materials 15 Aprel 2012 11:59 (UTC +04:00)
Gənc bəstəkar Tural Bakuvinin “Bahar” adlı kompozisiyası dinləyicilərin ixtiyarına təqdim edilib.
Gənc bəstəkar “Payız”-dan “Bahar”-a keçdi

Azərbaycan, Bakı, 15 aprel / Trend müxbir M.Əliyev/

Gənc bəstəkar Tural Bakuvinin "Bahar" adlı kompozisiyası dinləyicilərin ixtiyarına təqdim edilib.
Trend-in məlumatına görə, kompozisiyanı udda Şəhriyar İmanova,skripkada İsmayıl Əlizadəyə ifa edirlər.

Aranjimanı gənc ifaçı Rəmal Rəsula aid "Bahar" kompozisiyası artıq bir sıra musiqi saytlarında da yerləşdirilib. Musiqişünaslar bu əsərin özünəməxsus çalarlarla zəngin olduğunu qeyd edirlər.
Xatırladaq ki, bir neçə ay öncə Tural Bakuvinin "Payız" kompazisiyası da dinləyicilərin ixtiyarına verilmişdi.

Xəbər lenti

Xəbər lenti