...

Azərbaycanın "Eurovision 2012" təmsilçisi növbəti tanıtım turuna hazırlaşır

Mədəniyyət Materials 24 Aprel 2012 20:07 (UTC +04:00)
Azərbaycanın "Eurovision 2012" təmsilçisi Səbinə Babayeva növbəti tanıtım turuna hazırlaşır.
Azərbaycanın "Eurovision 2012" təmsilçisi növbəti tanıtım turuna hazırlaşır

Azərbaycan, Bakı, 24 aprel /Trend/

Azərbaycanın "Eurovision 2012" təmsilçisi Səbinə Babayeva növbəti tanıtım turuna hazırlaşır.

Trend eurovision.az saytına istinadən xəbər verir ki, aprelin 25-də Belçikaya yola düşəcək Səbinə bu ölkənin "Eurovision 2012" təmsilçisi İrisin musiqi albomunun təqdimatı mərasimdə xüsusi qonaq qismində iştirak edəcək.

Səbinə ilə İris ötən həftəsonu Amsterdamda keçirilən "Eurovision In Concert" layihəsində tanış olublar. Həmin konsertdə Səbinənin çıxışından sonra İrisin anası təmsilçimizə yaxınlaşaraq onun səsini və mahnısını çox bəyəndiyini deyib. Elə Səbinə Babayevanı Belçikaya məhz İrisin anası dəvət edib.

Bu mərasimdə iştirakdan sonra isə Səbinə Babayeva Belçika media mənsubları ilə görüşəcək. Səbinə, həmçinin ölkənin ən baxımlı şoularından olan "Voor de Show"nun qonağı olacaq.

Xəbər lenti

Xəbər lenti