...

Eurovision 2012-nin aparıcıları Almaniyada treninqlər keçirlər

Mədəniyyət Materials 27 Aprel 2012 14:25 (UTC +04:00)
Azərbaycanın ev sahibliyi etdiyi Eurovision Mahnı Müsabiqəsi 2012-nin aparıcıları Leyla, Nərgiz və Eldar şouya hazırlıq müddətində Almaniyada treninq keçirlər.
Eurovision 2012-nin aparıcıları Almaniyada treninqlər keçirlər

Azərbaycan, Bakı, 27 aprel / Trend müxbir İ.İsabalayeva/

Azərbaycanın ev sahibliyi etdiyi Eurovision Mahnı Müsabiqəsi 2012-nin aparıcıları Leyla, Nərgiz və Eldar şouya hazırlıq müddətində Almaniyada treninq keçirlər.

Trend cümə günü eurovision.az saytına istinadən xəbər verir ki, aparıcılar artıq ötən həftələrdə Almaniyanın Köln şəhərində müvafiq treninqlərdə olub. Şou aparıcıları qarşıdakı müddətdə Almaniyaya növbəti treninqlərə hazırlaşır.

Eldar aparıcılıq təcrübəsinin məhz Eurovision Mahnı Müsabiqəsindən başladığını deyib. O, bu səhnədə aparıcı qismində çıxış etmək böyük qürur hissi duyduğunu söyləyib.

17 yaşından ABŞ-da yaşayan Nərgiz, Azərbaycanın Eurovision qələbəsini də oradan izləyib. "Eldar və Nigar qalib olduqda mən qürur duydum. Düşündüm ki, Azərbaycanımızın ev sahibliyi etdiyi bu müsabiqədə mənim də bir qatqım olsun. Aparıcılıq heç də mənə yad deyil və çoxsaylı insanlar qarşısında çıxış etməkdə böyük təcrübəm var."

Leyla Eurovision Mahnı Müsabiqəsində aparıcılığın gözəl şans olduğunu bildirib. "Hazırda dayanmadan çalışırıq və bu layihədən başqa heç bir şey düşünmürük. Qısa müddətdə yaxın dost olmuşuq."

Qeyd edək ki, hazırda Eurovision Mahnı Müsabiqəsi 2012-nin aparıcılarının "Bakı Kristal Zalı" səhnəsindəki geyimi və şoudakı obrazı üzərində iş gedir.

Xəbər lenti

Xəbər lenti