Azərbaycan, Bakı, 13 may /Trend, müxbir E.Mehdiyev, V.İmanov/
Belçikanı "Eurovision Mahnı Müsabiqəsi-2012"də təmsil edən İris "Bakı Kristal Zalı"nda müsabiqədə ifa edəcəyi "Would You?" mahnısının ilk repetisiyasını keçirib.
Trend-in məlumatına görə, repetisiyadan sonra İris mətbuat konfransı keçirərək öz təəsüratlarını yerli və xarici jurnalistlərlə bölüşüb. Onu Bakıda çox gözəl qarşıladıqlarını deyən müğənni burada insanların mülayim və qonaqpərvər olduğunu deyib.
"Zalda quraşdırılan müxtəlif səhnə effektləri müsabiqəni daha da gözəlləşdirir. Mən burada keçirdiyim hər bir andan zövq alıram", - İris deyib.
Qeyd edək ki, bu gün "Bakı Kristal Zalı"nda "Eurovision Mahnı Müsabiqəsi-2012" iştirakçılarının repetisiyalarına start verilib.
Gün boyu davam edən məşqlərdə Çernoqoriya, İslandiya, Yunanıstan, Latviya, Albaniya, Rumıniya, İsverçrə, Belçika və Finlandiya təmsilçiləri iştirak edir.