...

Azərbaycanda "Eurovision 2012"-nin şərhçiləri müəyyən edilib (FOTO)

Mədəniyyət Materials 15 May 2012 12:22 (UTC +04:00)
Azərbaycan İctimai Televiziyasının (İTV) populyar aparıcıları Saleh Bağırov və Könül Arifqızı müsabiqənin bu telekanalda yayımı zamanı "Eurovision 2012"-nin yarımfinal və final mərhələlərini şərh edəcəklər.
Azərbaycanda "Eurovision 2012"-nin şərhçiləri müəyyən edilib (FOTO)

Azərbaycan, Bakı, 15 may /Trend, müxbirlər V.İmanov, E.Mehdiyev/

Azərbaycan İctimai Televiziyasının (İTV) populyar aparıcıları Saleh Bağırov və Könül Arifqızı müsabiqənin bu telekanalda yayımı zamanı "Eurovision 2012"-nin yarımfinal və final mərhələlərini şərh edəcəklər. Bu barədə çərşənbə axşamı Trend-ə Saleh Bağırov məlumat verib.

Bağırov habelə finalda iştirakçıların Azərbaycandan topladıqları balları elan edəcək.

"Eurovision 2012"-nin aparıcıları "Eurovision 2011"-in qalibi Eldar Qasımov, İctimai Televiziyanın aparıcısı Leyla Əliyeva, eləcə də Nərgiz Birk-Petersondur.

Müsabiqənin yarımfinal turları mayın 22-də və 24-də, finalı isə mayın 26-da "Baku Crystal Hall"da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti