...

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Belarusa dəvət alıb

Mədəniyyət Materials 25 İyul 2012 16:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova Belarus Kinematoqrafçılar İttifaqının dəvəti ilə bu ilin noyabr ayında Minsk şəhərində keçiriləcək "Listopad" beynəlxalq kinofestivalına fəxri qonaq kimi dəvət olunub. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi, Dövlət Film Fondunun direktoru Cəmil Quliyev bildirib.

"Səfər çərçivəsində Şəfiqə xanımın Belarus Kinematoqrafçılar İttifaqının 50 illiyinə həsr edilmiş yubiley tədbirlərində iştirakı nəzərdə tutulub", - Quliyev deyib.

Onun sözlərinə görə, həmçinin, Belarus Kinematoqrafçılar İttifaqı və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı arasında qarşılıqlı tədbirlərlə bağlı razılıq əldə olunub. Səfər çərçivəsində bu barədə ətraflı müzakirələr aparılacaq.

Xəbər lenti

Xəbər lenti